Nəqliyyat üzrə Menecer

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Gündəlik olaraq sürücülərin  hərəkət cədvəlinə uyğun nəzarətin həyata keçirilməsi 
  • Bütün logistik büdcələrin illik hazırlanması və təqibi
  • Satış və digər aidiyyəti strukturlarla sıx işləyərək sifarişlərin mütəmadi planlanması;
  • Avtonəqliyyat vasitələrinin icbari və kasko sığortalarının izlənməsi
  • Avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki  istismarını həyata keçirməsinə təmin etmək
  • Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını  təmin etmək
  • Cərimələrinin yoxlanması, cərimələrin rəsmiləşdirilməsi üçün Yol Polisi ilə danışıqların aparılması
  • Cərimə və zərərlərin ödənilməsinin təmin edilməsi
  • Parkinqda saxlanmasına nəzarət
  • Avtonəqliyyat vasitəsinin GPS vasitəsilə izlənməsi
  • Avtomatlaşdırılmış logistika proseslərinin idarə olunması
  • Logistika işlərinin (malların yüklənməsi, göndərilməsi, sayılması və s.) nəzarət
  • Daşınmada xərcləri, itkiləri minimumlaşdırmaq
  • Sifarişlərin vaxtında və effektiv çatdırılmasının təşkili, yaranan problemləri (gecikmələr, sənədlərin düzgün idarə olunması, və s.) yerində həll edilməsi
  • Ən optimal nəqliyyat yolunu (marşrutunu) təyin etmək, gələcəkdə nəqliyyatın idarə olunması sisteminin tətbiqini təşkil etmək
  • Logistika işlərinin (malların yüklənməsi, göndərilməsi, sayılması və s.) nəzarət
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların öz səlahiyyəti çərçivəsində yerinə  yetirmək

Tələb olunan bilik və bacarıqlar:

  • İnsanlarla ünsiyyət qurma və  danışıqlar aparma qabiliyyəti;
  • Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olması
  • Stressli şəraitdə işləmək bacarığı 

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali (MBA, iqtisad, logistika, təchizat zəncirinin idarə olunması üzrə təhsil üstünlükdür);
  • İş təcrübəsi: ən azı 3 -5 il distribusiya sahəsində mütləqdir!
  • 1C, Micro proqramları ilə işləmək üstünlükdür
  • Planlaşdırma, təhlil və idarəetmə bacarığı
  • Analitik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti 
  • Komandada işləmək bacarığı, tələbkarlıq, məsuliyyətlilik
  • Dil bilikləri: Azərbaycan dili, Rus dili, İngilis dili arzuolunan
  • Kompüter bilikləri (əsasən MS OFFİCE) yaxşı səviyyədə olmalı

İş qrafiki:

  • Həftədə 5 gün, 09:00-dan 18:00-dək
  • Əmək haqqı: Müsahibə əsasında
  • AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.

İş yeri:  Koroğlu m., Anbarım 

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Nəqliyyat üzrə Menecer” yazaraq elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi