Zəmanət üzrə menecer

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İstehsalçının standartlarına  uyğun olaraq zəmanətli təmir sifarişlərinin tərtibi,  istehsalçıya təqdim edilməsi və icra üçün qəbul edilməsinə nəzarət;
  • Müştərilərin  zəmanətə dair iddialarının nəzərdən keçirilməsi və qaydalar daxilində danışıqların aparılması;
  • Məhsulun sıradan çıxması halının araşdırılması, təmirinin koordinasiyası;
  • İstehsalçı və diler arasında əlaqə;
  • Zəmanət iddialarının idarə edilməsi;
  • İstehsalçının göstərişi ilə verilən bütün əməliyyatların koordinasiya edilməsi;
  • Xidmət göstərilməsi və ya problemlərinin aradan qaldırılması və həlli məqsədilə korporativ departamentlərlə əlaqəli şəkildə işləmək;
  • Zəmanət iddiaların izlənməsi, təhlili və yoxlanması;
  • Zəmanətlə bağlı təmir işləri üçün ehtiyat hissələrinin inventarının idarə edilməsi;
  • Rəhbərliyin digər əlaqədar tapşırıqların yerinə yetirilməsi;

Namizədə tələblər: 

  • Avtomobilin texniki quruluşu, aqreqatların iş prinsipi haqda məlumatlı olmaq;
  • Problemi müstəqil olaraq mövcud informasiya bazasından istifadə etməklə araşdırıb həlli yolunu tapmaq;
  • Azərbaycan, Rus və İngilis dillərini əla səviyyədə bilmək;
  • Müvafiq sahəs üzrə minimum 2 il iş təcrübəsi;
  • Zəmanət prosesləri və məsələləri ilə bağlı geniş məlumatlı olmaq;
  • MS Office və 1C  proqramlarında işləmək bacarığı;
  • Məsuliyyətli, kollektivdə işləmə bacarığı, dinamiklik;

İş şərtləri: 

  • İş qrafiki: 9:00-18:00, 6 günlük
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək
  • AR ƏM əsasən rəsmiləşdirmə
  • Karyera inkişafı imkanı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Zəmanət üzrə menecer” yazaraq göndərmələri xahiş olunur.

Audi Bakı Mərkəzi tərəfindən digər vakansiyalar