Alman avtomobil şirkəti - Audi "Volkswagen" qrupunun üzvüdür. Şirkətin mərkəzi İngolştadda (Bavariya, Almaniya) yerləşir.
Şirkətin keçmişi 1899-cu ilə və Avqust Horxla "August Horch"la bağlıdır. İlk "Horch" avtomobili Avqust Horx tərəfindən 1901-ci ildə hazırlanmışdı. 1910-cu ildə Horx şirkətdən ayrılır və köhnə ortaqlarıyla olan anlaşılmazlıqlar səbəbindən yeni dizaynlarında öz adından istifadə edə bilmir. Alman dilində mənası "Dinlə!" olan "horch" sözünü, latın dilində eyni mənanı verən Audi sözü ilə əvəz edən Horx, bu sözü yeni yaratdığı şirkətin adına çevirir.
1932-ci ildə Audi, Auto Unionu meydana gətirmək üçün Horch, DKW və Wanderer şirkətləri ilə birləşdi. "Auto Union" şirkətinin istifadə etdiyi bir-birinə bağlı dörd halqa da bu gün Audinin logosu olaraq istifadə edilməkdədir