Planlama mühəndisi

  • Karabakh Group
  • Elanın qoyulma tarixi: 14.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas Tələblər:

  • Təhsili: Mühəndislik sahəsi üzrə ali təhsil;
  • Planlaşdırma mühəndisi vəzifəsində inşaat sektorunda ən azı 4 illik təcrübə; 
  • Yaş: 30-45
  • Cinsi: Kişi

Vəzifə və Öhdəliklər:

  • Tikinti Layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);
  • Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;
  • Xüsusi proqram vasitəsi ilə (Primavera və ya Ms. Project) iş Həcmi və son tarixləri əhatə edən Tikinti Layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;
  • Tender sənədlərinin hazırlanmasında iştirak etmək;
  • Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
  • Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;
  • İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;
  • Layihə üzrə material, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət;
  • Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;

(Qeyd: Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcək.)