İşin təsviri
Əsas vəzifə və öhdəlikləri:
- Yenidən istifadəli, təmiz, genişlənə bilən və obyekt yönümlü proqramlaşdırma prinsiplərinə uyğun C# kod yazmaq
- Avtomatlaşdırılmış sistemlər üçün əlavə funksional imkanların yaradılması
- Mövcud proqram kodlarının optimallaşdırılması və yanlışlıqların aradan qaldırılması
- Müxtəlif sistemlərlə inteqrasiyaların həyata keçirilməsi
- Relyasiyalı verilənlər bazası və verilənlərin strukturları barədə bilikərin düzgün tətbiqi
- Sistemlərin performans və keyfiyyətinin artırılması, genişləndirilməsi
- Mövcud və ya yeni sistemlərdə səhvlərin araşdırılıb tapılması və düzəldilməsi
- Müxtəlif sistemlərlə inteqrasiyaların həyata keçirilməsi
- ERP məhsullarına texniki dəstək verilməsi
İş şəraiti:
- AR qanunvericiliyinə əsasən rəsmiləşmə
- İş qrafiki: həftədə 6 gün
- Əmək haqqı (Razılaşma yolu ilə)
- Mehriban və gənc kollektivlə iş imkanı
Namizədə tələblər:
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
- Ali təhsil (İT, Kompüter elmləri və s. sahələrdə ali təhsili olan namizədlərə üstünlük verilir)
- C# proqramlaşdırma dili üzrə bilik və iş təcrübəsi
- Relyasiyalı verilənlər bazalarında optimal strukturlar qurmaq vərdişləri
- GİT üzrə biliklər və iş təcrübəsi
- SQL, PL/SQL üzrə nəzəri və praktik biliklər(üstünlükdür)
- Güclü alqoritm tərtib etmə bacarığı, yüksək səviyyəli məntiqi-analitik düşüncə qabiliyyəti
- Layihələrin sabitliyinin təmin edilməsi
- Gündəlik tapşırıqlar üçün “deadline” ilə işləmə bacarığı
- Enerjili, yüksək motivasiyalı, gülərüz
- Öyrənməyə meyilli, problem həlletmə, yüksək ünsiyyət bacarığı, idarəetmə bacarığı, müstəqil qərar vermə və komanda ilə işləmək yumşaq bacarıqlarına malik olmaq
Uyğun namizədlərin "müraciət et" düyməsindən istifadə etməsi xahiş olunur.