SƏTƏM və İnzibati İşlər üzrə Mütəxəssis

İşin təsviri

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil;
  • Aidiyyatı sahə üzrə 1-3 il iş təcrübəsi;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalı.
  • İngilis dilini yaxşı səviyyədə bilməli.

Əsas öhdəliklər:

  • Şirkətdə Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitlə bağlı işlərin təşkili, əlaqələndirilməsi və planlaşdırılması;
  • ƏM və TT-nin vəziyyətinə, uçotuna, təhlilinə nəzarətin  təşkili üzrə tədbirlər planı hazırlayır;
  • İSO tələblərinin standartlarına cavab verməsini təmin etmək üçün Keyfiyyət İdarəetmə Sisteminə nəzarət edilməsi;
  • Gündəlik baş verə biləcək texniki problemləri aradan qaldırmaq və texniki məsələlərinin həllində birbaşa iştirak etmək;
  • Şirkətin/ofisin nəzdində fəaliyyət göstərən texniki strukturlarının (su/kanalizasiya boruları, elektrik xəttləri və s.) keyfiyyətinə, işləməsinə və istismar vəziyyətinə nəzarət, zərurət yarandıqda müdaxilə etmək;
  • Təmir-istismar ehtiyaclarının təmin edilməsi üçün əlaqədar struktur bölmələri ilə vaxtında əlaqə qurmaq və gələn ustaların işlərinə nəzarət etmək;
  • Keyfiyyət prosedurların yaradılması.
  • Potensial risklər barədə aidiyyatı struktur bölmələri məlumatlandırmaq və qarşısını almaq;
  • Məlumat bazasını yenilənməsi və təkmilləşdirilməsi;
  • Sənəd dövriyyəsi standartlarının yaradılması.

Əlavə məlumatlar:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Bazar ertəsi-Cümə, 09:00-18:00;
  • İş yeri: Baki şəhəri, Hyatt Towers 3;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşəgötürənin reytinqi