İT İnfrastruktur təhlükəsizlik aparıcı mütəxəssisi

İşin təsviri

Namizədə dair tələblər:

  • Ali təhsil(ixtisas üzrə üstünlük verilən)
  • Staj 2-3 il
  • Şəbəkə, Sistem, Təhlükəsizlik avadanlıqları və bu avandalıqların əməliyat sistemləri üzrə anlayışlar və Beynəlxalq İT standartları üzrə biliklər
  • CCSP, CEH, ISO27001:2013, COBIT 5 biliklərini tətbiq etmə qabiliyyəti

Əsas vəzifə öhdəlikləri:

  • Şöbənin işçilərinə metodoloji köməklik göstərir, şöbə müdiri olmadıqda onu əvəz edir.
  • Şöbə işçilərinə verilən tapşırıqları yerinə yetirmək üçün işləri əlaqələndirir.
  • Cəlb olunduğu layihələrdə şöbənin cavabdehlik daşıdığı məsələləri koordinasiya edir.
  • Şirkətin lokal şəbəkəsinin sxeminin hazırlanmasında iştirak edir.
  • Lokal şəbəkənin seqmentləşdirilməsində iştirak edir və seqmentlərin təhlükəsizliyinə nəzarət edir.
  • Perimetrdə və lokal şəbəkədə yerləşən qoruyucu firewall avadanlıqlarını konfiqurasiya edir və nəzarət edir.
  • Firewall avadanlıqlarında icazələrin verilməsini təmin edir.
  • Firewall və digər təhlükəsizlik avadanlıqlarının, eləcə də servislərin işlək olmasını təmin edir və loqlama mexanizmlərini konfiqurasiya edir.
  • Kiritik informasiya sistemlərinin və avadanlıqların təhlükəsizlik tələblərinə uyğun sazlanmasını təmin edir.
  • Web proqramların təhlükəsizliyini təmin edən nəzarət sistemini qurur və işinə nəzarət edir.
  • Şirkətin kritik informasiya resurslarında olan dəyişikliklərin həyata keçirilməsində kibertəhlükəsizlik nəzarət mexanizmlərini sazlayır.
  • Periodik olaraq daxili və xarici nüfuzetmə və boşluqların müəyyən edilməsi testlərini yerinə yetirir.
  • İş fəaliyyətini İnformasiya təhlükəsizliyi və İT şöbələri ilə koordinasiya edir.
  • Daxili audit, risk və informasiya təhlükəsizliyi yoxlamaları nəticəsində ortaya çıxmış kibertəhlükəsizlik üzrə boşluqları aradan qaldırır.
  • Şirkətin əməliyyatlarının dayanıqlığı və qəzalardan bərpa planlaşdıırlmasında, testləşdirilməsində və icrasında iştirak edir.
  • Kibertəhlükəsizlik üzrə dövri status hesabatlar hazırlanmasında iştirak edir.
  • Kompüter təhlükəsizliyi insidentlərinə cavab tədbirləri və informasiya təhlükəsizliyi ilə bağlı insidentlərin texniki araşdırmalarını nəzərdən keçirilməsi 

İş şərtləri:

  • İş məkanı: Aral Plaza
  • Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
  • İş rejimi: 5 gün (həftəiçi)
  • Nahar: Təmin edilir

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “İT İnfrastruktur təhlükəsizlik aparıcı mütəxəssis ” yazmaqla, öz CV-lərini göndərə bilərlər.

İşəgötürənin reytinqi