Əmək haqqı mühasibi

  • Zəhmət-Ruzi MMC
  • Elanın qoyulma tarixi: 09.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Abşeron rayonu, Xırdalan şəhəri

İş təcrübəsi: Analoji sahədə ən azı 1 il;

Təhsil: Ali (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat, Statistika, Tətbiqi Riyaziyyat, Biznesin İdarəolunması və ya digər əlaqəli sahədə)  

İşin təsviri:

  • Əməkdaşların əmək haqqılarını hesablamaq;
  • Əmək haqqı üzrə müxabirləşmələri vermək və hesabları yoxlamaq;
  • Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişini həyata keçirmək;
  • DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra etmək;
  • Təhtəl-hesab şəxslərlə hesablaşmalar, ezamiyyə haqlarının yoxlanması, hesablanması və ödənişə təqdim edilməsi;
  • Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunmasını həyata keçirmək;
  • Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq;

Bilik və Bacarıqlar:

  • Analitik və strateji baxış bacarıqları
  • Yüksək səviyyədə 1C proqramı və MS Excel bilikləri
  • Məsuliyyətli və detallara müstəsna diqqət yetirmə bacarığı
  • Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Mobil nömrə və danışıq limiti.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Əmək haqqı Mühasibi” yazmaqla CV göndərərək müraciət edilir.

İşəgötürənin reytinqi