Korporativ Hüquq / Kiçik Hüquqşünas

  • Azercell
  • Elanın qoyulma tarixi: 08.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azercell şirkətinə qoşulmaqla Siz nə əldə edəcəksiniz:

  • Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi;
  • Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş;
  • Davamlı karyera inkişafı imkanları;
  • Təlim və fərdi inkişaf proqramları;
  • Rəqabətli əmək haqqı;
  • Bonus ödənişi;
  • Korporativ telefon və nömrə ilə təmin olunma;
  • Limitsiz Azeronline Internet Paketi;
  • Əlavə güzəşt və endirimlər.

İş Cədvəli: Bazar Ertəsi- Cümə, 09:00 - 18:00. Şənbə və Bazar, milli bayram və hüzn günləri qeyri-iş günləridir.

Əsas öhdəliklər:

  • Müraciət və sorğuların qanunvericiliyə uyğun olaraq baxılmasına hüquqi dəstək verilməsi, hüquqi əhəmiyyətli yazışmaların icrası;
  • Hər növ müqavilələrin / onlara əlavələrin qanunvericiliyə uyğun tərtibi. SAP və iş prosesində istifadə olunan bütün proqramlarda müqavilələrin tərtibatına, qeydiyyatına və s. dair müvafiq qeydiyyatın aparılması;
  • “Bad Debt Controlling System”də işlərin göndərilməsi, işlərin mütəmadi olaraq izlənilməsi və hesabatlar hazırlanması;
  • “Vahid məhkəmə portalı”nda şəxsi kabinet vasitəsi ilə işlərin mütəmadi olaraq izlənilməsi;
  • Borc tələbləri üzrə icra məmurları ilə yazışmaların aparılması;
  • Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması.

Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi:

  • Təhsil: Ali Təhsil (Hüquq fakultəsi, Hüquqşünas);
  • Təcrübə: Korporativ (kommersiya) hüquq sahəsində ən az 1 il\ 6 (altı) ay iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı; rus dili biliyi - üstünlükdür.
  • Hüquqi nitq və yazışma qabiliyyəti;
  • MS Office kompüter proqramlaından sərbəst istifadə etmək bacarığı.

Seçim mərhələləri:

  • CV-nin nəzərdən keçirilməsi;
  • Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair müsahibə.

Son müraciət tarixi: 22 Avqust 2023-cü il

Ərizəniz:

  • Bu vakansiya üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
  • Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir.
  • Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
  • Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.