Səyahət konsultantı

  • Flight Portal
  • Elanın qoyulma tarixi: 07.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Biz hal hazırda komandamıza hava səyahəti konsultantı kimi qoşulmaq üçün yüksək təcrübəli professionallar axtarırıq. Komandamızın məqsədi bütün sərnişinlərimizə yüksək səviyyəli müştəri xidməti dəstəyi göstərməkdir. Konsultantlarımız, müştərilərimizə səyahət rezeryasiyalarında yardımçı olacaq və yol göstərəcək. Rəqabətə dayanıqlı maaş və əlavə bonuslarla bazarın üstündə bir əmək haqqı təklifimizlə sizi də aramızda görmək istəyərik.

Öhdəliklər:

  • Səyahət konsultantı olaraq, müştərilərə tarixlər, istiqamətlər, qalacaq yer və qiymətlər barədə məlumat vermək. Onların ehtiyacları doğrultusunda rezervasiyanı tamamlamaq.
  • Səyahətlə bağlı hər hansı problem, şikayət, bileti qaytarma kimi tələblər olduqda müvafiq formada məsələni həll etmək.
  • Avtomatlaşdırılmış sistemdən istifadə edərək, beynəlxalq marşrutlar üzrə qiymət qarşılaşdırmaları edib ən optimal təklifləri müştəriyə bildirmək.
  • Birbaşa ünsiyyət vasitəsilə müştərilərlə müsbət əlaqə yaratmaq.
  • Müəyyən edilmiş satış və mənfəət hədəflərini yerinə yetirmək.

Tələblər:

  • Mükəmməl müştəri xidmətləri bacarığı
  • Hər detala diqqət edərək yüksək səviyyədə işləmə bacarığı
  • Axşam saatlarında işləyə bilmək üçün uyğunluq
  • İngilis dili biliyi mütləqdir
  • Səyahət sektorunda təcrübə olması üstünlükdür

Biz təklif edirik:

  • Bacarıqlarınızı artırmaq və karyeranızı inkişaf etdirmək üçün təlimlər
  • Məsafədən və ya Bakının mərkəzində ofis şəraitində iş imkanı 
  • Aktiv və iddialı iş kollektivi
  • Əlavə bonus sistemi ilə daha çox maddi gəlir əldə etmə imkanı
  • Səyahət etmək və qlobal təcrübə qazanmaq üçün maraqlı şans

İş rejimi 3 növbə olaraq dəyişiklik göstərəcəkdir.

Ofisin ünvanı- AF Business Center.

Əmək haqqı müsahibə əsnasında bildiriləcəkdir.

CV-lərinizi qeyd edilən mail adresinə göndərə bilərsiniz.