İnsan Resursları üzrə mütəxəssis

İşin təsviri

Məkan: Masallı Şəhəri, Elşad Hüseynov küçəsi

İş növü: həftə içi 5 gün – 09:00 – 17:00, şənbə günü – 09:00 – 13:00 

Əməkhaqqı – Rəqabətə davamlı (Razılıq əsasında)

Vəzifə öhdəlikləri:

  • Yeni işçilərin işə qəbulu proseslərinin idarə edilməsi və işdən sonrakı oriyentasiya və təlimlərin təmin edilməsi.
  • İşçi məmnuniyyətini və iş yeri mədəniyyətini artırmaq üçün müxtəlif proqramların planlaşdırılması və həyata keçirilməsi.
  • Kadr münasibətlərinin və intizam proseslərinin idarə edilməsi.
  • Səhiyyə sektorunda qanuni qaydalara və mövcud dəyişikliklərə uyğunlaşmaq.
  • İş elanlarının hazırlanması, işə qəbul prosesinin aparılması və uyğun namizədlərin seçilməsi.
  • Əmək kitabçalarının əmrlər əsasında doldurulması və saxlanılmasının təmin edilməsi;
  • İşə qəbul edilən işçilərin müqavilələrinin, şəxsi işlərinin hazırlanması və vaxtında imzaladılması;
  • Kadr fayllarının mütəmadi olaraq yenilənməsi və kadr məlumatlarının məxfiliyinin qorunması.
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
  • Məzuniyyət qrafiklərini tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotununun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadəsinə nəzarət edilməsi, içilərə illik məzuniyyətlərin verilməsi;
  • Əmək müqaviləsi və əmək kitabçası uçotu jurnalının tərtib edilməsi;
  • İşçilərin işdən çıxış prosesinin Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət edilməklə aparılması;
  • Miqrasiya sənədlərinin hazırlanması, iş və yaşama icazələrinin alınması;
  • Aylıq tabellərin hazırlanması və təsdiqlənməsi;
  • Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək.

Tələb olunanlar:

  • Təhsil: Ali; (Hüquq və İdarəetmə ixtisasları üzrə təhsil üstünlükdür)
  • İş təcrübəsi: Uyğun sahədə və ya yaxın sahədə (1 il iş təcrübəsi üstünlükdür);
  • Ünsiyyət, liderlik və problem həll etmə bacarıqları.
  • Komanda yönümlü və birgə işləmək bacarığı.
  • Güclü analitik qabiliyyət və qərar qəbul etmə bacarığı.
  • İnsan resursları təcrübələri və hüquqi tənzimləmələr haqqında müasir biliyə malik olmaq
  • Ofis Proqramlarından istifadə bacarığı

İş şərtləri:

Maraqlananlar öz CV formalarını göndərə bilər (məktubun mövzu bölməsində “İnsan Resursları üzrə mütəxəssis” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bioloji Təbabət Klinikası (Masallı Filialı) tərəfindən digər vakansiyalar