Satış üzrə mütəxəssis

  • Halal-P
  • Elanın qoyulma tarixi: 02.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Təklif etdiyimiz məhsul və xidmətlərin tanıtımını və aktiv satışı həyata keçirmək;
  • Həftəlik, aylıq və illik satış planlarını tərtib etmək və şöbə müdiri ilə razılaşdırmaq;
  • Potensial müştərilər cəlb edərək mövcud müştəri bazasını genişləndirmək;
  • Müştərilərlə danışıqlar aparmaq, təqdimatlar etmək və onların məhsulla bağlı hər hansı etirazları və ya narahatlıqları olduqda  yoluna qoymaq;
  • Müştərilərə kompleks xidmət göstərə bilmək üçün ehtiyacları aşkar etmək;
  • Strateji satış sayıla biləcək potensial satışlara dair layihə qrupunun yaradılmasına dair rəhbərinə müraciət etmək, layihə komandasının işində aktiv iştirak etmək;
  • Potensial “soyuq” müştərilərlə vaxtaşırı danışıqlar aparmaq və onları isti əlaqələrə çevirmək;
  • Təminat şöbəsi ilə birlikdə xarici təchizatçılarla danışıqlar aparmaq;
  • Texniki məsələlər, eləcə də müqavilə şərtlərini müştərilərlə razılaşdırmaq;
  • Müştərilərlə müqavilələrin imzalanmasını, hesabların təqdim olunmasını və avans ödənişinin alınmasını koordinasiya etmək.
  • İş qrafiki: 5 günlük 9.00-dan 18.00-dək.

Tələblər:

  • Satış üzrə ən azı 1 il iş təcrübəsi;
  • Azərbaycan dili biliyi (İngilis və rus dillərini bilməyiniz üstünlükdür);
  • Microsoft Office bilikləri (xüsusilə Excel və Powerpoint);
  • Komandada işləmək qabiliyyəti;
  • Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik;
  • Problemlərin effektiv həlli.

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində - Satış üzrə mütəxəssis  qeyd etməklə  göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizimlə iş şən və perspektivlidir!