Layihəçi-mühəndis- Qarabağ

İşin təsviri

Vəzifə funksiyaları:

  • Layihə sənədlərinin icra qurumları və dövlət müəssisələri ilə razılaşdırılmasında iştirak etmək;
  • Yeni layihələrin hazırlanmasında və layihə dəyişiklikləri zamanı texniki heyətdə iştirak etmək;
  • Konstruktiv layihələrin yoxlanılması, layihədəki səhvlərin düzəldilməsi;
  • Qurğulara texniki baxışın həyata keçirilməsi, texniki baxış aktının və qüsur aktının hazırlanması;
  • İnfrastruktur obyektlərinin, o cümlədən metallkonstruksiyaların layihələndirilməsi;
  • Layihə üzrə iş həcmlərinin çıxarılması;
  • Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin hazırlanması;
  • Başa çatmış tikintiquraşdırma işlərinin qəbulunda iştirak etmək;
  • Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək;
  • Tender sənədlərinin hazırlanması zamanı iş həcmlərinin layihəyə uyğunluğunun yoxlanılması;
  • Forma 2lərin layihəyə uyğunluğunun müəyyənləşdirilməsi;

Tələblər:

  • Yol tikinti sahəsində ən azı 5 il iş təcrübəsi;
  • İnşaat sahəsində Ali Təhsil;
  • Rus və İngilis dili biliyi;
  • AutoCad, SketchUp, Tekla, SAP2000 və digər hesabat və vizualizasiya proqramlarından yüksək səviyyədə istifadə etmək və cizgilərin hazırlanması bacarığı;
  • Qüvvədə olan tikinti normativləri ilə tanışlıq;

Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "Layihəçi-mühəndis" qeyd edərək göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi