Audit üzrə mütəxəssis

  • Avant Group MTK
  • Elanın qoyulma tarixi: 27.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Maliyyə sahəsində ali təhsil;
  • Audit sahəsində minimum 1 il təcrübə (tikinti sektoru təcrübəsi üstünlükdür);
  • Yüksək səviyyədə texniki (kompyüter) bacarığı (MS Windovs, MS Office, 1C və s)
  • Beynəlxalq audit standartları (BAS) üzrə üsullar haqqında biliklər;
  • Riyazi təhliletmə bacarığı, risklərin idarə olunmasına dair biliklər, özünü tənqidetmə və müstəqilliyi qoruma qabiliyyəti, müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı;
  • CİA/ACCA sertifikatları üstünlükdür;
  • Azərbaycan dili mükəmməl, İngilis dili orta (Rus dili üstünlükdür).

Vəzifə öhdəlikləri:

  • Departament rəhbəri tərəfindən tərtib edilmiş aylıq plana əsasən xidməti təminat aparılan strukturlarda iş fəaliyyətini özündə əks etdirən proses və qaydaları izləmək, epizodik yoxlama və araşdırmalar, monitorinqlər həyata keçirmək;
  • Risklərin müəyyən edilməsi və idarə edilməsi məqsədilə xidməti təminat apardığı struktur bölmələrdə neqativ halları müəyyən etmək, onların yaranmasına səbəb olan amilləri aradan qaldırmaq;
  • Şirkətin balansında olan əmlakların faktiki mövcudluğuna, uçot üzrə hərəkətinə, təyinatı üzrə düzgün istifadəsinə, mövcud vəziyyətinə və silinməsinə dair dövri olaraq inventarizasiya və təftiş yoxlamalarının aparılmasını icra etmək;
  • Alışlar zamanı malların və xidmətlərin  səmərəlliyinin analiz edilməsi.Material təsnifatında tikinti normaları və qanunvericiliklə təyin edilmiş keyfiyyət standartlarına uyğunluğun təmin etmək;

İş yeri: Çıraq Plaza

5 günlük iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;

Əmək haqqı 1200-1500 azn

Nahar şirkət tərəfindən təmin olunur;

Qeyd olunmuş tələblərə cavab verən namizədlər CV-ni elektron ünvanına göndərə bilər.