Sənədlərlə iş üzrə mütəxəssis

  • Avant Group MTK
  • Elanın qoyulma tarixi: 09.08.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə funksiyaları:

  • Müəssisədə sənədlərin düzgün idarə edilməsinin təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyatı üzrə bölüşdürmək;
  • Sənədlərin uyğunluğunun yoxlanılması, sənədləri elektron qovluqlarda (serverdə) düzgün şəkildə yerləşdirilməsi və qovluqların vahid struktur-sistem formasında təşkilinə nəzarət edilməsi.
  • Elektron sənəd dövriyyəsi sisteminin effektiv istifadəsini təşkil etmək 
  • Sifarişçi ilə Podratçı şirkət arasında sistemli olaraq sənəd mübadiləsinin yerinə yetirilməsi və nəzarət olunması;
  • Sifarişçi ilə mütəmadi ünsiyyət təşkil edərək Sənədlərin Sifarişçinin keyfiyyət və prosedur tələblərinə uyğun olaraq hazırlanmasını razılaşdırmaq və təmin etmək;
  • Bütün sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların dəqiq və mövcud tarixə uyğun şəkildə sıralanmasının təmin edilməsi, dövriyyədə olan sənədlər barədə məlumatların müvafiq qaydada ötürülməsi və qəbul edilməsi;
  • Sifarişçi və subpodratçılar daxil olmaqla bütün müvafiq tərəflərdən sənəd axınının qeydiyyatını və nəzarətinin təşkili;
  • Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, gecikmə halları barədə rəhbərliyi məlumatlandırmaq;
  • Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə;
  • Müəssisədə tətbiq olunan proqram təminatında sənəd dövriyyəsindən və məlumatların qeydiyyatından irəli gələn işlərin, sənədlərin, məlumatların proqrama daxil edilməsi, izlənilməsi.

Vəzifəyə olan tələblər: 

  • Təhsil: Ali təhsil
  • İş təcrübəsi: müvafiq sahə üzrə 2 ildən az olmayaraq
  • Kompüter bilikləri: Microsoft Office proqramları
  • Dil bilikləri: Azərbaycan dili , Rus və İngilis dili 
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları

İş Şəraiti:

  • İş yeri-Çıraq Plaza
  • İş qrafiki: 5 gün (şənbə, bazar istirahət günü)
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Əmək Haqqı: 1000 -1300 AZN net

Maraqlanan namizədlər CV formalarını  mövzu yerinə “ Sənədlərlə iş üzrə mütəxəssis ” yazaraq  mail ünvanına göndərə bilərlər.