Mühasib

  • ATENA
  • Elanın qoyulma tarixi: 27.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı: 400-500 azn (müsahibə əsas rol oynayacaq) 

Vakansiyanın bağlanma tarixi: 8/15/2023

Həftəlik iş günü:  6 iş günü 

Həftəlik istirahət günü:bazar   

İş rejimi: 09:00-17:00

Üstünlüklər:nahar və daşınma ilə təmin edilmə, kənardan dəvət olunan işçilərə yaşamaq üçün məkan təmini

İş yeri: Ağcabədi

Vəzifələri:

  • Pul vəsaitlərinin uçotu və saxlanılması üzrə əməliyyatların  aparılması
  • Mühasibatlıqla əlaqədar olan digər qayda və təlimatlara dair öz irad və təkliflərini bildirmək;Mаliyyə intizаmının yеrinə yеtirilməsinə və еhtiyаtlаrdаn səmərəli istifаdəyə yönəlmiş tədbirlərin işlənib hаzırlаnmаsındа və həyаtа kеçməsində iştirаk еtmək;
  • Nəğd pulun hərəkəti haqqında tələb edilən forma və müddətlərdə Şirkətin fəaliyyətinə aid hesabatların işlənib hazırlanmasında iştirak etmək;
  • Şirkətin maliyyə-mühasibat və hesabatlılıq sisteminin hazırlanmasında iştirak etmək;
  • Kreditorlar üzrə borcların sıyahısını işləyib hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • Günülük e-qaimə üzrə gələn bütün elektron qaimələri kontrol etmək və uyğunsuzluq olduqda qarşı tərəfə məlumat vermək;
  • Daxili və kənar auditorlara təqdim olunan hesabatların hazırlanmasında iştirak etmək;
  • Şirkət rəhbərliyinin sorğularını cavablandırmaq, daxili prosedurlarla müəyyən edilmiş digər vəzifələri, həmçinin Maliyyə direktoru, şöbə müdiri tərəfindən ona həvalə edilmiş digər vəzifələri həyata keçirmək;
  • Zəruri hallarda şirkətin banklarda olan hesablaşma və digər hesablarından çıxarılan nağd pul vəsaitlərinin inkassasiyasını təşkil edərək, kassaya mədaxil etmək;

Səlahiyyətləri:

  • İşinin effektiv aparılması üçün təşəbbüs irəli sürə bilər.
  • Fəaliyyəti zamanı aşkar etdiyi bütün çatışmamazlıqlar barəsində bilavasitə rəhbərinə məlumat və onların aradan qaldırılması üzrə təkliflər vermək    Mühasib işi üzrə operativ hesabat məlumatlarını müvafiq xidmətlərdən tələb və qəbul etmək.
  • Bütün rekvizitlər üzrə lazımi qaydada tərtib edilməmiş mədaxil və məxaric sənədlərini icraya qəbul etməmək.
  • Zəruri hallarda nağd pul vəsaitlərinin inkassasiyası üçün nəqliyyat vasitəsinin cəlb olunması barədə məsələ qaldırmaq.

Vəzifəyə olan tələblər:

  • Mühasibat, maliyyə, biznesin idarəedilməsi, iqtisad və bənzər sahələrdən biri üzrə ali təhsilli olmalı;
  • Qida istehsalı, satış sahəsi üzrə mühasib-xəzinədar vəzifəsində minimum 1 il təcrübə;
  • Ən işlək Mühasibatlıq Uçotu Proqram Təminatlarından (1 C, Günəş, LOGO, LOTUS, Netsis və s.) ən azı biri ilə işləmək bacarığı;
  • MS Office proqramlarından yüksək səviyyədə istifadə etmək bacarığı;
  • Sahəsi ilə bağlı qanunvericiliyi bilməsi;
  • Analitik təhlil etmə qabiliyyəti
  • Elektron hökümət portallarından ilkin istifadə biliklərinə malik olmaq
  • E-Qaimə fakturaları ilə bağlı əməliyyatlar, elektron portallarla ilə işləmək bacarığının olması
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi hazırlanmasına dair ilkin biliklərə malik olmaq.

ATENA tərəfindən digər vakansiyalar