İşin təsviri
Satış sahəsi üzrə həvəsi olan və özünü bu sahədə inkişaf etdirmək istəyən şəxslər üçün Satış sahəsi üzrə ödənişli təcrübə proqramı aktivdir.
- İş yeri : Bakı şəhər, Binəqədi rayon
- Sahə : Satış
- İş rejimi : 6 günlük iş qrafiki (1-5 günlər 09:00-18:00, Şənbə günü 09:00-15:00)
- Yaş: 23-35 yaş arası
- Təhsil : Orta ixtisas/Ali təhsil
- Təcrübə tələb olunmur
- Təcrübə müddətində nələr qazana bilərsiniz?
- Öz sahəsində lider olan bir şirkətdə təcrübə qazanmaq şansı
- Komanda ilə işləmə bacarığı
- Bazar araşdırılması qaydaları
- Müştərilərlə birbaşa satışın təşkili
- Satış alətləri və satış texnikaları ilə işləmə qaydaları
- Hesabatların hazırlanması və analiz olunması yolları
- Azərbaycan bazar reallığına uyğun satışı inkişaf etdirmək qabiliyyəti
Təcrübə müddəti namizədlərdən asılı olaraq 3-5 ay müddətində davam edəcəkdir.
Bu müddəti uğurlu keçən namizədlər isə daimi iş ilə təmin olunacaqlar.
Qeyd : Binəqədi və ətraf ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək.
Uyğun gələn namizədlər CV formalarını mail ünvanına mözvü yerində “Satış sahəsi üzrə təcrübəçi”qeyd edərək göndərə bilərlər.