İnteryer Dizayner/Memar

İşin təsviri

Nə təklif edirik?

  • Bazar rəqabətinə uyğun əmək haqqı;
  • Könüllü tibbi siğorta;
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları. 

Namizədə olan tələblər:

  • Memarlıq üzrə ali təhsil;
  • Memarlıq, sahə planlaması, interyer dizaynı və ya əlaqəli sahələrdə 5 illik peşəkar təcrübə;
  • Tikinti materialları, inşaat detalları və qaydaları, müvafiq normativlər və keyfiyyət standartları haqqında biliklər;
  • AutoCAD proqramında texniki biliklər;
  • Güclü 3D modelləşdirmə və vizualizasiya bacarıqları;
  • İnkişaf olunmuş vizual qavrayış və detallara diqqətli yanaşma;
  • Quraşdırma materialları, işıqlandırma və mebel tərtibatı haqqında yüksək biliklər;
  • Texniki bacarıq və problem həll etmə qabiliyyəti;
  • Mebel və tamamlama materiallarının spesifikasiyasının işlənib hazırlanması bacarığı;
  • Ünsiyyətçillik, təşkilatçılıq və vaxtın idarə olunması vərdişləri;
  • Fərdi və ya komanda tərkibində işləmək, eləcə də funksional şöbələrlə sıx əməkdaşlıq bacarığı.

Vəzifə öhdəlikləri:  

  • Sahələri ziyarət etmək, layihələr üzrə şərtləri və məhdudiyyətləri qiymətləndirmək;
  • Dəqiq, olduğu kimi memarlıq ölçülərini hazırlamaq;
  • Plan məlumatlarının düzgünlüyünə görə eskizləri çəkmək və CAD fayllarına çevirmək;
  • Layihə tələblərinin müəyyən edilməsi üçün İcarə şöbəsi komandası ilə əməkdaşlıq etmək;
  • Təhlükəsizlik, funksionallıq, ərazinin səmərəliliyi və estetikasını nəzərə alaraq interyer layihələrini yaratmaq;
  • Sahələrin mexanika, elektrika və santexnika sistemləri nəzərə alınmaqla ətraflı layihə çertyojlarını (mərtəbə planları, yüksəkliklər, tavan, döşəmə və s.) hazırlamaq;
  • Layihənin həcminə və büdcəsinə uyğun olan ən optimal dizayn variantlarını, materialları və avadanlıqları müəyyən etmək;
  • Tələb olunan çertyojlar, spesifikasiyalar və layihə ilə bağlı məlumatların hazırlanması;
  • Mebel, işıqlandırma, son tamamlama materiallarının və s.  detallı spesifikasiyalarının hazırlanması;
  • Layihənin başlanğıcdan son mərhələsinə qədər memarlıq/interyer hissəsinə nəzarət etmək;
  • İşlərin layihə tələblərinə uyğun aparılmasını təmin etmək üçün əmlakların iş sahələri ziyarət etmək;
  • Tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək üçün layihə qrafiklərini izləmək;
  • Dizayn konsepsiyaları və variantları əlaqələndirmək üçün komanda görüşlərində iştirak etmək;
  • Layihəyə və ya konsepsiyaya əsaslanaraq 3D visual görünüşlərin hazırlanması;
  • Rəhbərliyə mütəmadi olaraq layihə statusu haqqında yeniliklər təqdim etmək;
  • 1C proqramından istifadə etməklə layihə ilə bağlı malların sifarişi.

CV-lərinizi  “memar” başlığı altında (portfolionun əlavə edilməsi şərtdir) e-mail ünvanına göndərə bilərsiniz. 

İşəgötürənin reytinqi