Hüquqşünas

İşin təsviri

Vəzifə: Hüquqşünas

Əmək haqqı:  1000 - 1500 AZN

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

•Cinsi: kişi;
• Ali hüquqi təhsil;
• Azərbaycan, İngilis və Rus dili;
• MS Office bilikləri;
• Məhkəmə işlərində ən azı 2 il iş təcrübəsi; 
• Mülki - hüquqi əqdlərin bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;
• Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi;
• Məhkəmə işlərini aparma təcrübəsinə malik olan şəxslərə üstünlük veriləcək.

İŞİN TƏSVİRİ:

• Məhkəmə, dövlət hakimiyyət və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında şirkəti təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
• İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək və icraatında olan məhkəmə və icra işləri üzrə lizinq şırkətinə hesabatları təqdim etmək.

Xahiş olunur CV-zi  k.ak[email protected]  ünvanına göndərəsiniz.

 

Ansar Leasing Company tərəfindən digər vakansiyalar