Planlama mühəndisi

İşin təsviri

Namizədə olan tələblər:   

  • Mühəndislik sahəsi üzrə ali təhsil;  
  • Planlaşdırma mühəndisi vəzifəsində, inşaat sektorunda ən azı 3 illik təcrübə;
  • Azərbaycan və rus dillərini bilmək, ingilis dili arzuolunandır; 
  • Layihə Planlama Proqramları üzrə biliklər; 
  • Bir neçə tapşırığı eyni zamanda görə bilmək və stress altında işləyə bilmək bacarıqları; 

Vəzifə öhdəlikləri:  

  • Tikinti Layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);  
  • Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması; 
  • Tender sənədlərinin hazırlanmasında iştirak etmək;  
  • Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi; 
  • Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün inşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;  
  • İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;  
  • Layihə üzrə material, maşın-mexanizm, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət; 
  • Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması; 

Yaş həddi: 25-55 yaş

Əmək haqqı: razılaşma yolu ilə

Qeyd: namizədlər CV-lərini e-mail ünvanına göndərsin.

Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC tərəfindən digər vakansiyalar