SMM Menecer

  • AZprint
  • Elanın qoyulma tarixi: 24.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • SMM strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • Sosial media hesabları və platformalarını idarə etmək və aktivliyi artırmaq üçün mütəmadi paylaşımlar etmək (Facebook, Instagram, Linkedin  və s.);
  • Yüksək keyfiyyətli və satış yönümlü kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək;
  • Mövzuların hazırlanması və uyğun kopiraytinq;
  • Mövzuya uyğun olaraq ( gündəlik , həftəlik və aylıq ) kontentin (mətn, foto, video) hazırlanması və  paylaşılması;
  • Sosial şəbəkədə müştərilər tərəfindən daxil olan sorğuları şirkətin adından korporativ etika çərçivəsində cavablandırmaq;
  • Müştəri ilə şirkət arasında əlaqələri və iş axışını koordinasiya etmək;
  • İş qrafiki: həftənin 6 günü, saat 09:00-dan 18:00-adək (Bazar günü istirahət)
  • Nahar fasiləsi: 13:00-dan 14:00-adək
  • Əmək haqqı : müsahibə əsasında qərar veriləcək

Tələblər:

  • İş təcrübəsi : müvafiq  sahə üzrə 1 il.
  • Təhsil: Ali (dizayn , rəssamlıq , marketinq və ya əlaqəli sahə).
  • Yaş : 23 - 40 yaş arası xanım namizədlər.
  • Qrafik programları ilə (Corel Draw, Adobe Photoshop ) işləmək bacarığı .
  • Sosial şəbəkələr ilə (facebook, instagramı , linkedin və s.) işləmək  bacarığı.
  • Azərbaycan dilinin orfoqrafik və qrammatik qaydalarını bilmək .
  • Reklam , mətbəə sahəsinə marağı olan namizədlərə üstünlük veriləcək.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz .

AZprint tərəfindən digər vakansiyalar