Avtokar sürücüsü

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • İstehsalat bölməsindəki avadanlıq, təchizat və materialı təlimatlara uyğun olaraq işlətmək, verilən tapşırıqları yerinə yetirmək.
  • Yüklərin təyinatı üzrə boşaldılması, daşınması, yerləşdirilməsi
  • Avtokarın təhlükəsiz və səmərəli idarə edilməsinə görə məsuliyyət daşımaq
  • İşin düzgün planlaşdırılması və verilən tapşırıqları vaxtında yerinə yetirmək
  • Ona təhkim edilmiş texnikanı işlək və təmiz vəziyyətdə saxlamaq,
  • Aşkar etdiyi bütün nasazlıqlar haqqında sahə rəisinə məlumat vermək
  • İş əsnasında texniki təhlükəsizlik qaydalarına riayət etmək.

Namizədə tələblər:

  • Orta və ya orta ixtisas təhsili, peşə təhsili
  • Avtokar sürmək üçün müvafiq vəsiqənin və ya sertifikatın olması üstünlükdür.
  • Minimum 1 illik iş təcrübəsi;
  • Məsuliyyətli, kollektivdə işləmək və yüksək səviyyədə ünsiyyət bacarığı.

Əmək haqqı 500-580 manat.

İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Şirkət hesabına nahar verilir.

İş qrafiki: 6 günlük 

İş saatı 08:00-17:00

Ünvan – Biləcəri Mədən 1

CV-nizi 24 avqust 2023-cü il tarixindən gec olmamaq şərti ilə elektron ünvanına subject/mövzu hissəsində “avtokar sürücüsü” qeyd etməklə göndərə bilərsiniz.

Əlaqə nömrəsi: 055-500-96-22

İşəgötürənin reytinqi

OMİD Mağazalar şəbəkəsi tərəfindən digər vakansiyalar