Onlayn satış üzrə mütəxəssis

  • Veysəloğlu MMC
  • Elanın qoyulma tarixi: 24.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Sayt üzərindən reallaşan B2B satışlarının izlənilməsi;
  • WEB saytın daima dinamik saxlanılması və texniki düzəlişlərin təşkili;
  • Rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanması;
  • E-ticarət performansını yaxşılaşdırmaq üçün strategiyaların təyin olunması və tətbiq edilməsi;
  • E-ticarət mağazasına bağlı əməliyyat prosesi axınlarının yaradılması, izlənilməsi və idarə edilməsi;
  • İş axışı üçün müvafiq strukturlarla əlaqənin təmin edilməsi və prosesin idarə olunması;
  • Sistemlə bağlı mütəmadi olaraq rəhbərliyə təkliflərin verilməsi.

Vəzifə tələbləri:

  • İqtisadiyyat və ya Marketinq sahəsində ali təhsil;
  • MS Office biliyi (Excel yaxşı səviyyədə);
  • Analitik düşünmə bacarığı;
  • Yeniliklərə açıq olmaq;
  • Diqqətli, nəticə yönümlü olmaq;
  • Aydın və qısa şəkildə ünsiyyət bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Onlayn satış üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi