Hüquqi təminat sektorunun Mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Agentliyin fəaliyyəti ilə bağlı normativ hüquqi aktların  layihələrinin hazırlanmasında iştirak edir, habelə hüquqi aktların hüquqi ekspertizasını həyata keçirir;
  • İcraatına daxil olan hüquqi sənədlərə və məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar, hesabatlar və arayışlar verir; 
  • Hazırlanmasında və ya razılaşdırılmasında iştirak etdiyi sənədlərə, habelə səlahiyyətlərinə aid məsələlər üzrə viza verilməsi üçün təqdim edilən sənədləri qanunvericiliyin tələblərinə uyğunluğu baxımından yoxlayır və viza verir;
  • Agentliyi aidiyyatı üzrə məhkəmələrdə təmsil edir;
  • İnzibati xətalar haqqında işlər üzrə icraata başlama,  inzibati xəta haqqında işlərin baxılmağa hazırlanması və inzibati xətalar haqqında işlər üzrə icraatla bağlı digər məsələlər barəsində rəy, təklif verir;
  • İşçi qruplarda və rəhbərlik tərəfindən cəlb edildiyi beynəlxalq konfrans, seminar və digər tədbirlərdə iştirak edir;
  • Vəzifəsi üzrə şöbə müdiri və sektor  müdiri tərəfindən verilən digər göstərişləri yerinə yetirir.

Tələblər:

  • Ali təhsil (hüquqşünaslıq);
  • Yaş həddi 25-45 aralığı;
  • İxtisası üzrə azı 3 il iş stajı;
  • Microsoft Office proqramlarında işləmə bacarığı;
  • Problemlərin həlli və razılığın əldə edilməsi bacarığı; 
  • Azərbaycan dilini səlis bilməli, rus və ingilis dilləri  arzuolunandır.

Digər:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
  • İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Hüquqi təminat sektoru- Mütəxəssis) qeyd etməniz tələb olunur.

Vakansiya üzrə müraciətin son tarixi: 18 avqust 2023-cü il