İşin təsviri
İş haqqında:
- Daxili mühasibatlıq işlərinin icrası;
- Bank və kassa əməliyyatlarının icra edilməsi;
- Əmək haqqının və məzuniyyət ödənişlərinin hesablanması və köçürülməsi;
- Kadrların qeydiyyatı üzrə əməliyyatların icrası, ştat cədvəlinə, tabel və sair kadr işləri ilə bağlı sənədlərin qaydasında olmasına ciddi riayət olunması;
- Yeni kadrların emas.sosial.gov.az portalında qeydiyyatı, məlumat dəyişikliklərinin daxil edilməsi və əmək müqaviləsinin ləğvi zamanı sistemə xitam bildirişinin daxil edilməsi ilə bağlı işin təşkili;
- Rəhbərin müvafiq tapşırıqlarının yerinə yetirilməsi və gündəlik hesabatların verilməsi.
İş barədə məlumat:
- İş rejimi: həftənin 5 günü 11:00-19:00;
- İstirahət: Şənbə, Bazar günü;
- Əmək haqqı: 450-500 AZN.
- Şəhərin mərkəzində ofis;
Namizədə tələblər:
- Ali təhsil (Maliyyə sahəsində ali təhsil arzuolunandır);
- Xanım namizədlər, Yaş həddi (22-30);
- MS Office, xüsusilə Excel bilikləri;
- Azərbaycan dili;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik.
Uyğun namizədlər “Mühasib köməkçisi” başlığı ilə CV formalarını göndərə bilərlər.