Tur meneceri

  • Portal Games
  • Elanın qoyulma tarixi: 21.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Müxtəlif istiqamətlər üzrə fərdi və qrup turlarının hazırlanması
  • Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması
  • Müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması
  • Otellərin bronlaşdırılması
  • Sosial şəbəkələr üzərindən sorğuların cavablandırılması
  • Mövsimə və tələbə uyğun turların axtarılması və reklam bölməsinə ötürülməsi
  • İş saatları: 10:00-dan 19:00-dək; Şənbə günü: 10:00-16:00
  • İstirahət günü – Bazar günü
  • Əmək haqqı şəxsin təcrübə və bacarıqlarına görə dəyişə bilər
  • Əmək haqqı +10% bonuslar

Namizədə tələblər:

  • Tur menecer kimi turizm sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq
  • Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (ingilis dilini bilənlərə üstünlük verilir)
  • Səlis və işgüzar danışıq bacarığına malik olmaq
  • Yüksək ünsiyyət qurma bacarığına malik olmaq
  • Məsuliyyətli və diqqətli olmaq
  • Gülərüz və özünə qarşı tələbkar olmaq
  • Vaxtın idarəolunması bacarığına malik olmaq
  • Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq

Əmək haqqı 400-600 AZN – namizədin təcrübə və bacarıqlarına görə müəyyən ediləcək + satışdan asılı olaraq bonuslar da veriləcəkdir.

Uyğun namizədlər CV formalarını “Tur menecer” başlığı ilə göndərə bilərlər.

Portal Games tərəfindən digər vakansiyalar