Data üzrə mühəndis

  • Kontakt Home
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 21.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi;
  • Məlumat bazalarından əldə edilən statistik datanın davamlı əsaslara təmizlənməsi, strukturlaşdırılması və vizuallaşdırılaraq, mütəmadi hesabatların təqdim edilməsi;
  • Müəssisənin əməliyyatlar istiqaməti ilə bağlı bütün aidiyyəti üzrə struktur bölmələrdən həftəlik, aylıq, rüblük, yarım illik və illik əməliyyat hesabatlığı sistemlərinin planlanması, qurulması, inteqrasiyası;
  • Riyazi və statistik üsullardan istifadə edərək bütün növ əməliyyatlar üzrə məlumatların təhlil olunması;
  • Tərəflər üçün müxtəlif növ hesabatların hazırlanması;
  • Verilənlər Bazası (DB) ilə işləmə bacarığı;
  • Optimallaşmış SQL sorğularla müxtəlif hesabatların alınması;
  • DB-də prosedur, Job-ların qurulması;
  • Fərqli mənbələrdən dataların çəkilməsi və hesabatlar üçün DWH-ların qurulması.

Tələblər:

  • Yüksək səviyyədə SQL (MSSQL, T-SQL) dili bilikləri (analitik funksiyalarla işləmə bacarığı);
  • Python proqramlaşdırma dilləri üzrə biliklər;
  • Yüksək səviyyədə Microsoft Office, Excel, Power BI, Power Query, Power Pivot bilikləri;
  • Machine learning, Statistika, Optimizasiya və ya əlaqəli sahələr üzrə biliklər;
  • Əlaqəli Databaza İdarəetmə Sistemlərində datanın manipulyasiyası bacarığı (SQL) arzu olunandır;
  • Analitik tool-larla işləmə bacarığı;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Səlis Azərbaycan dili biliyi, İngilis və Rus dili biliyi texniki səviyyədə.

İş şəraiti:

  • İş qrafiki: I-V günləri.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi

Kontakt Home tərəfindən digər vakansiyalar