Təslimat şöbəsinin müdiri

İşin təsviri

Tələblər:

  • Ali təhsil
  • Dil biliyi: Azərbaycan dili əla
  • Yaş: 30-45
  • Təcrübə: 3 - 5 il
  • Distributor sahəsində təcrübəsi arzuolunandır
  • Analitik düşünmə qabiliyyəti
  • Məsuliyyətlilik və detallara qarşı diqqətlilik
  • Şəxsi avtomobilin olması zəruridir

Vəzifə öhdəlikləri:

  • Bakı və bölgələr üzrə məhsulların çatdırılmasınının təşkil olunmasına nəzarətə dəstək
  • Kanallar üzrə təslimat prosesinin təşkil edilməsi
  • Bölgədə yerləşən filiallara dövri səfərlərin edilməsi və yerlərdə təslimat prosesinə nəzarət edilməsi
  • Çatdırılma prosesində şirkət prosedurlarının yerinə yetirilməsinin təmin edilməsi
  • Daxili nizam-intizam qaydalarına əməl olunmasının təmin edilməsi
  • Təslimatçıların müvafiq qaydada təlimatlandırılması
  • Gündəlik qaimələr üzrə təhvil-təsliminin yerinə yetirilməsinə nəzarət edilməsi
  • Satış həcmindən asılı olaraq təslimat prosesinin və istifadəyə verilmiş nəqliyyat vasitələrinin optimizasiyası
  • Aylıq hesabatların müvafiq şöbələrə təqdim edilməsi
  • Gündəlik satış yükünün nəqliyyat vasitələri arasında optimal paylaşımının təşkil olunması

İş şəraiti:

  • İş saatları: 08:00-17:00
  • İş günləri: Həftədə 6 gün

İş yeri: Köroğlu m. Anbarım

Əmək haqqı: Müsahibə əsnasında

Müraciət etmək istəyən namizədlər CV-lərini mail ünvanına mövzu hissəsinə “Təslimat şöbə müdiri” qeyd edərək göndərə bilər.

İşəgötürənin reytinqi