Təlim, inkişaf və qiymətləndirmə şöbəsinin müdiri

İşin təsviri

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Görəcəyiniz işlər:

  • Təlim, qiymətləndirmə və inkişaf  şöbəsinin fəaliyyətinin təşkili və rəhbərlik edilməsi;
  • Agentliyik əməkdaşları üçün təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsinin təşkili;
  • Təlim və inkişaf proqramlarının işlənib hazırlanması və genişləndirilməsinin təmin edilməsi;
  • Agentlikdaxili və xarici təlimlərin təşkil edilməsi;
  • Təlimçi kimi ixtisaslaşdığı sahələr üzrə ehtiyac yarandıqda və öz təşəbbüsləri ilə daxili təlimlərin keçirilməsi;
  • Müxtəlif multimedia cihazlarından istifadə, e-təhsil və s. kimi vasitələr ilə tədris mərkəzlərindən kənarda təlim prosesinin qurulmasının müəyyən edilməsi və yeni təlim imkanlarının yaradılmasının təşkili;
  • Təlim, inkişaf və qiymətləndirmə xidməti göstərən təşkilatların seçilməsi üçün işlərin (texniki şərtlər toplusu və ehtimal qiymətinin, büdcələrin hazırlanması) təşkil edilməsi;
  • Əməkdaşların bilik, bacarıq və səriştələrinin artırılması istiqamətində fəaliyyətlərin və tədbirlərin planlaşdırılması və təşkili;
  • Təlimlərin səmərəliliyinin struktur bölmə rəhbərləri və şöbə müdirləri ilə müzakirəsi, nəticələrinin təhlil edilməsinin təşkili;
  • Əməkdaşların struktur bölmə və vəzifələr üzrə qiymətləndirmə, inkişaf konsepsiyalarının işlənilməsinin təşkili;
  • Performans təhlillərinə uyğun olaraq işçilərin hədəf və məqsədlərin yerinə yetirlməsi üçün lazımi dəstək verərək təlimlərin təmin olunması;
  • Əməkdaşların qiymətləndirilməsi prosesinin təşkil edilməsi;
  • Əsas fəaliyyət göstəricilərini, Agentliyin dəyər və strateji hədəflərini nəzərə almaqla, performans qiymətləndirmə sisteminin qurulması;
  • Mükafatlandırma sisteminin yaradılması və həyata keçirilməsi;
  • İl sonu qiymətləndirmə prosesinə nəzarət etmək və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil;
  • İnsan resursları sahəsində minimum 5 il, təlim və inkişaf sahəsində minimum 3 il iş təcrübəsi (təlim və inkişaf istiqamətində rəhbərlik təcrübəsi üstünlükdür);
  • Təlim, inkişaf və qiymətləndirmə sahəsi üzrə yeni yanaşmalar və konsepsiyalar barədə məlumatlılıq və tətbiq etmə bacarığı;
  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv, komandada işləmək və təşkilatçılıq  bacarığı;
  • Problemlərin həll edilməsi və danışıqların aparılması bacarığı;
  • Microsoft Ofis proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
  • Təqdimat hazırlamaq və məlumatın qrafik şəkildə təsvir etmək bacarığı;
  • Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
  • Yaxşı səviyyədə ingilis dili biliyi. 

Əlavə məlumatlar:

  • İş yeri: Lev Tolstoy 170;
  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi 07.08.2023-cü il;
  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.