Risklərin İdarə Edilməsi şöbəsinin Mütəxəssisi /Aparıcı mütəxəssisi

  • Rabitabank OJSC
  • Elanın qoyulma tarixi: 18.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Kart əməliyyatları üzrə daxil olan şikayət, sorğuların araşdırılması və aidiyyatı üzrə cavablandırılması;
  • Mastercard,Visa beynəlxalq ödəniş sistemlərinin online sistemda risk bildirişlərinə nəzarət və müştərinin müvafiq qaydada məlumatlandırılması;
  • Etiraz (Chargeback) əməliyyatları üzrə prosesin müvafiq platformalarda aparılması;
  • Risklərin idarə edilməsi üçün daxili qaydalara və proseslərə müntəzəm baxışlar keçirmək və rəhbərliyə zəruri təkliflər vermək;
  • Beynəlxalq Ödəniş Sistemlərinin əməliyyat qaydalarına riayət etmək;
  • Dünyada baş verən kart üzrə fırıldaqçılıq, elektron dələduzluq və kibercinayət hallarını izləmək və bu sahədə təcrübəni toplamaq və tətbiq etmək;
  • Şöbə üzrə müvafiq aylıq hesabatların hazırlanması;

Vəzifəyə olan tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə minimal 1 illik iş təcrübəsi;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti və komanda tərkibində işləmə bacarığı;
  • Analitik təfəkkür, operativlik, məsuliyyətlilik və təşəbbüskarlıq;
  • Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə Rus və  İngilis dili biliyi;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 03.08.2023-cü il tarixinə qədər elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kart əməliyyatları departamenti, Risklərin idarə olunması şöbəsinin mütəxəssisi və ya aparıcı mütəxəssisi” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

İşəgötürənin reytinqi