Katibə / İdarə Heyətinin katibliyi

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 18.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Cəmiyyətin fəaliyyətinə aid olan və onun işçiləri tərəfindən rəhbərliyin baxışı, təsdiq etməsi və imzalaması üçün təqdim edilən sənədləri qəbul etmək və müvafiq qaydada hazırlayaraq rəhbərinə təqdim etmək;
  • Gün ərzində 1 (bir) dəfə rəhbərliyin imzalaması üçün təqdim olunan sənədləri cəmləyərək rəhbərinə təqdim etmək;
  • Daxil olan məlumatların, sənədlərin təyinatı üzrə təsnifatının aparılmasını, sistemləşdirilməsini və qeydiyyatını təşkil etmək;
  • Rəhbərin tələb etdiyi məlumatlar barədə Cəmiyyətin ayrı-ayrı şöbə və qurumlarının rəhbərlərinə məlumat vermək və məlumatları aldıqdan sonra rəhbərinə təqdim etmək;
  • Rəhbərliyin cəmiyyət daxilində və digər qurumlarla telefon və digər əlaqələrini koordinasiya etmək;
  • Rəhbərliyin görüş və müşavirələrinin vaxtını tənzimləmək, qrafiklər hazırlamaq, keçiriləcək görüşlərin vaxtı barədə aidiyyətı üzrə rəhbər işçilərə məlumatın verilməsini təmin etmək;
  • Müəyyən edilmiş mövzu üzrə məlumat toplayaraq rəhbərinin çıxışlarının layihəsini hazırlamaq;

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Gülərüz, yaxşı ünsiyyət bacarıqları, problem həll etmə bacarığı, təşkilatçılıq bacarıqları və vaxtı idarə etmə bacarığı.
  • Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı).
  • Kompüter bilikləri: Microsoft Office proqramlarını bilməli.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil arzuolunandır.
  • Minimum 1 il iş təcrübəsi;

İş qrafiki:

  • İş saatları: 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00;
  • Şənbə və Bazar istirahət günüdür.

İşəgötürənin reytinqi