Satış meneceri

  • Technovera
  • Elanın qoyulma tarixi: 18.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Yeni perspektivlərin araşdırılması və telefon zənglərinin edilməsi
  • Potensial müştərilərin araşdırılması
  • Potensial şirkətlərlə görüşlərin təşkil edilməsi
  • Özəl və dövlət sektorunda tenderlərdə iştirak prosedurlarının həyata keçirilməsi
  • Rəhbərlik və şirkət nümayəndələri ilə görüşlərin vaxtının müəyyən edilməsi
  • İT Məhsullara dair prezentasiya və təqdimatların edilməsi
  • Satış öncəsi xidmətlərdən konsaltinq/icraya uğurlu keçidin həyata keçirilməsi üçün satış üzrə mühəndislərlə sıx işləmək
  • Planlaşdırılan həllər barədə baxış və mövqeləri izah etmək
  • Müqavilə şərtldərinin razılaşdırılması və müştəri üçün qiymətlərin hazırlanması
  • Tələb olunduğu təqdirdə, problemlərin rəhbərliyin nəzərinə çatdırılması
  • Korporativ müştərilərin İT üzrə tələblərini analiz etmək
  • Şirkət daxilində və xaricində müştəriləri cəlb etmək

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil (İT texniki təhsili olan namizədə üstünlük verilir)
  • B2B sahəsində iş təcrübəsi olmalıdır (Vacibdir)
  • Korporativ müştərilərə IT sahədə satış və ya xidmət sifarişlərinin və həllərinin idarə olunması sahəsində 3-5 il iş təcrübəsi (Vacibdir)
  • Microsoft Office proqramlarında (Word, Excel and PowerPoint) sərbəst işləmə bacarığı
  • CRM Microsoft (Customer Relationship Management)
  • İT brend lər və məhsullar barədə məlumatlı olmalı. (Vacibdir)
  • Peşəkar səviyyədə müştərilərlə əlaqə yaratmaq bacarığına, təşkilatçılıq və detallara fikir vermək qabiliyyətinə və öz sahəsi üzrə təkmilləşmək istəyinə malik olmalı
  • İT və İT yönümlü xidmət və həllər barədə məlumatlı olmaq.

Məvacib: müsahibə zamanı açıqlanır.