Məlumat bazası üzrə administrator

  • Kontakt Home
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 17.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Verilənlər Bazaların təhlükəsliyini təmin edilməsinin təşkil edilməsi;
  • Verilənlər bazasının sazlanması, konfiqurasiya və təkmilləşdirilmə işlərinin həyata keçirilməsi;
  • Verilənlər bazalarını müntəzəm şəkildə idarə etmək üçün avtomatlaşdırma metodlarının təkmilləşdirilməsi;
  • Verilənlər bazasının mövcudluğunu və performansını artırmaq üçün monitorinq prosedurlarının tətbiqi;
  • Verilənlər bazasının təhlükəsizliyinin təmin edilməsi üçün lazımı tətbiq və prosedurların həyata keçirilməsi;
  • Verilənlər bazası və digər İT infrastruktur layihələri ilə əlaqəli kompleks problemlərin həlli və planlanmasında fəal iştirak;
  • Müvafiq texniki sənədləşməsinin yaradılması və müşayiəti;
  • Müvafiq proqram və avadanlıq vasitələri, məlumat bazaları və proqramlaşdırma texnologiyaları ilə kodun yazılması və proqramların sazlanması;

Tələblər:

  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Səlis Azərbaycan dili biliyi, Rus və İngilis dili bilikləri üstünlükdür;
  • Məlumat bazası ilə SQL və NoSQL sorğuların yazılması, analizi, baş verən problemlərin həlli üzrə iş təcrübəsi olmalıdır;
  • MySQL, MSSQL, MongoDB və ya digər verilənlər bazasının konfiqurasiyası, idarəedilməsi və “storage engine” haqqında ümumi biliklərə malik olmalı;
  • Oracle, MySQL, PostgeSQL verilənlər bazalarının idarə olunması üzrə minimum 3 illik iş təcrübəsi;
  • DB arxitekturası üzrə yüksək bilik;
  • Verilənlər bazası optimallaşdırması və SQL üzrə təkmilləşmiş təcrübə;
  • Oracle məhsul və texnologiyaları üzrə yüksək bilik və iş təcrübəsi(RAC, ASM, Data Guard);
  • Oracle (High Availability) həlləri üzrə biliklər;
  • Oracle (Disaster Recovery) nasazlıqların bərpa həlləri üzrə biliklər;
  • Bərpa əməliyyatları haqqında yüksək bilik;
  • UNİX/ Linux əməliyyat sistemləri üzrə yüksək biliklər;
  • Problem həll etmə və analiz bacarıqları;
  • SQL, PL/SQL programlaşdırmaları üzrə biliklər;
  • OCA, OCP sertifikatları arzuolunandır.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi

Kontakt Home tərəfindən digər vakansiyalar