Tender üzrə mütəxəssis

  • Amal Group
  • Elanın qoyulma tarixi: 12.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

  • Ali təhsil (İqtisadi təhsilin olması üstünlükdür);
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək; (İngilis dilini və rus dilini bilməsi üstünlük hesab ediləcək)
  • Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
  • MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • Tikinti sahəsi barədə məlumatlı olmaq;
  • Yüksək riyazi-analitik qabiliyyət, ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmaq, planlama qabiliyyəti, problemləri həll etmək bacarığına malik olmaq

Vəzifə öhdəlikləri:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növünə uyğun olan tenderlərin müəyyən edilməsi
  • Tender üzrə tələb olunan sənədlərin "Dövlət satınalmaları haqqında" AR qanunvericiliyə uyğun hazırlanması
  • Tender prosesi zamanı şirkətin təmsil olunması
  • Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
  • Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət
  • Dövlət və kommersiya təşkilatları ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək
  • Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqlar aparmaq
  • Müqavilə imzalanması üçün zəruri texniki sənədləri və sertifikatları hazırlamaq

Bilik və bacarıqlar: 

  • Dövlət satınalma haqqında qanun və digər narmativ sənədlər.
  • 1 C proqramından sərbəst istifadə etmək.
  • Operativlik
  • Dəqiqlik
  • Dürüstlük
  • Təşəbbüskarlıq
  • Komandada işləmək bacarığı
  • Detallara diqqət yetirmək qabiliyyəti
  • Analitik və strateji baxış bacarıqları

İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00

İş yerinin ünvanı: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 

Əmək haqqı: Müsahibə əsasında (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur)

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “tender üzrə mütəxəssisi" adını qeyd edərək göndərmələri xahiş olunur.

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.