Logistika şöbəsinin mütəxəssisi

  • Aztrade
  • Elanın qoyulma tarixi: 12.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Nəqliyyat şirkəti ilə qarşılıqlı əlaqə - daşımaların planlarının təqdim edilməsi və daşıma tarixlərinin razılaşdırılması.
  • INCOTERMS qaydalarına müvafiq olaraq daşımaların təşkili.
  • Malın daşıması faktı üzrə istehsalçıdan müvafiq sənədlərinin alınması və yoxlanılması.
  • Daşımadan sonra müşayət etmək.
  • Təyin olunmuş tarixlərdə daşınmaq üçün maşınların sifarişi 
  • Sürücülər və nəqliyyat vasitələri haqqında məlumatların əldə edilməsi
  • Göndərilmiş sifariş üçün etibarnamələrin hazırlanması və istehsalçıya göndərilməsi
  • Müqavilə üzrə malların vaxtında yüklənməsinin izlənilməsi (yükləmə və gömrük prosedurları üçün 48 saat)
  • Daşınma sənədlərinin yoxlanılması
  • SMR, Packing list, İnvoys, Gömrük bəyannəməsi, müvafiq sertifikatların yoxlanılması
  • İş saatı həftənin 5 günü 09:00 – 18:00
  • İş yeri Koroğlu metrosu tərəfində yerləşir

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Logistika sahəsində 3 il təcrübəsi;
  • Mükəmməl səviyyədə Microsoft Office proqramları biliyi;
  • Azərbaycan və Rus dillərində sərbəst danışıq danışıq qabiliyyəti;
  • Gömrük Məcəlləsinin və İncoterms tələblərini yaxşı səviyyədə bilməli və işində rəhbər tutmalıdır, 

Əlaqə:

Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.