Sahə memarı

  • Nardaran İnvest
  • Elanın qoyulma tarixi: 12.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) yoxlanılmasını, lazım olan layihə dəyişikliyinin işlənib hazırlanmasını həyata keçirir;
  • Bina və tikililərin və s. Memarlıq layihələrinin və baş planların lazımi düzəlişlərinin işlənib hazırlanmasını işlərin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsini, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasını təmin edir;
  • Layihələndirmə işləri üçün tərtib ediləcək layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativlərə uyğunluğunu təmin edir;
  • Tikinti-quraşdırma işlərinin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərinin, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsi işlərində memari həcmlərin hesablanmasını təmin edir;
  • Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcminin azaldılmasını təmin edir;
  • Müvafiq təşkilatlarda və ekspertiza orqanlarında layihələrə baxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak edir;
  • Layihə olunmuş obyektlərin subpodratçı şirkətlər tərəfindən tikintisinə müəllif nəzarəti edir, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edir;
  • Layihə və tikintiyə aid normativ materialların işlənib hazırlanmasında iştirak edir;
  • Yerinə yetirilmiş işlər haqqında texniki hesabatın bölmələrini tərtib edir;

Vakansiya üzrə namizədə olan tələblər:

  • Təhsil: Müvafiq sahə üzrə ali təhsil.
  • Təcrübə: Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı
  • Kompüter biliyi: Archicad, Autocad, 3D Max, Word, Excel və İnternetdə işləmə bacarığı.