IP Şəbəkə Administratoru

  • Azercell
  • Elanın qoyulma tarixi: 12.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

  • Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi
  • Hibrid iş rejimi
  • Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş
  • Davamlı karyera inkişafı imkanları
  • Təlim və fərdi inkişaf proqramları
  • Rəqabətli əmək haqqı
  • Bonus ödənişi
  • Tibbi sığorta ilə təmin olunma (Ailə üzvləri: həyat yoldaşı və övladlar daxil)
  • Korporativ telefon və nömrə ilə təmin olunma
  • Limitsiz Azeronline Internet Paketi
  • Əlavə güzəşt və endirimlər

İş qrafiki: 

  • Hibrid iş rejimi ilə: Bazar ertəsi - Cümə, 09:00 - 18:00. Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir

İş yeri: 

  • “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza
  • Tbilisi prospekti, 149
  • Bakı, Azərbaycan

Ümumi Məlumat:

Biz telekom xidmətlərinin təminatı komandasına qoşulacaq təcrübəli IP Şəbəkə Administratorunun axtarışındayıq. Uğurlu namizəd şəbəkə infrastrukturumuzun dizaynı, tətbiqi, texniki xidməti və dəstəyi üzrə cavabdehlik daşıyacaq.

Əsas vəzifə öhdəlikləri: 

  • Korporativ müştərilərimiz üçün mürəkkəb şəbəkə infrastrukturunu tərtib etmək, işə salmaq və texniki dəstək göstərmək
  • Şəbəkə mühitinin əlçatanlığı, fəaliyyəti və təhlükəsizliyini təmin etmək
  • Şəbəkə problemlərinin monitorinqi, problemlərin vaxtında aradan qaldırılması və həll edilməsini təmin etmək
  • Şəbəkə dəyişikliyi və yenilənməsini həyata keçirmək üçün çarpaz funksional komandalar ilə əməkdaşlıq etmək.
  • Şəbəkə tutumunun planlaşdırılmasını həyata keçirmək və şəbəkə performansını optimallaşdırmaq
  • VPN, BGP və sistem qoruyucu konfiqurasiyalar daxil olmaqla şəbəkə təhlükəsizliyi protokollarını tətbiq etmək və qoruyub saxlamaq
  • Cisco-nu konfiqurasiya və idarə etmək: ASR, ISR, Nexus, Catalyst, Firepower qurğuları.
  • Layer 2 və Layer 3 şəbəkə protokolları və texnologiyalarını idarə etmək
  • SD-WAN həllini dəstəkləmək və texniki xidmət göstərmək

Tələb olunan təcrübə, bilik və bacarıqlar:

  • Təhsil: Telekommunikasiya və ya Kompüter Elmləri üzrə ali təhsil üstünlükdür

Dil bilikləri:

  • Azərbaycan dili – sərbəst
  • İngilis dili – iş səviyyəsində bilik

İş Təcrübəsi:

  • Şirkətə məxsus şəbəkə infrastrukturunun dizaynı, tətbiqi və saxlanması üzrə minimum 5 il təcrübə
  • Xüsusilə korporativ seqmentdə Şəbəkə Administratoru vəzifəsində əsaslı təcrübə
  • Cisco SD-access və SD-wan, VPN texnologiyaları, marşrutlaşdırma protokolları, Layer 2 protokolları, Nexus daxil olmaqla şəbəkə protokolları və texnologiyaları haqqında dərin bilik
  • Şəbəkə təhlükəsizliyi prinsipləri və ən üstün təcrübələr haqqında məlumatlılıq
  • Şəbəkə tutumunun planlaşdırılması və şəbəkə performansının optimallaşdırılması sahəsində təcrübə
  • Şəbəkə monitorinqi mexanizmləri və problemlərin aradan qaldırılması üsulları haqqında məlumatlılıq
  • Mükəmməl problem həll etmə və analitik düşüncə tərzi
  • Həm müstəqil, həm də komanda daxilində işləmək bacarığı
  • Üstün ünsiyyət və şəxslərarası kommunikasıya bacarığı
  •  Cisco ACI həlləri haqqında məlumatlılıq və ya bilik

Üstünlük verilir:

  • Cisco Certified Network Professional (CCNP) sertifikatı və ya ona bərabər təcrübə
  • Linux və Windows əməliyyat sistemləri haqqında məlumatlılıq
  • Şəbəkə Avtomatlaşdırması haqqında məlumatlılıq

Seçim mərhələləri:

  • CV-nin nəzərdən keçirilməsi
  • Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə

Ərizəniz:

  • Bu vakansiya üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
  • Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir.
  • Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
  • Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.

Son müraciət tarixi: 26th July 2023 12:00 AM