İstismar xidmətləri üzrə texnik (Elektrik işləri)

  • PASHA Malls
  • Elanın qoyulma tarixi: 11.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyalarının təsviri:

  • Nəzarətçi tərəfindən tələb edilən bütün elektrik işlərinin standartlara uyğun olaraq aparılması.
  • Bütün elektrik paylayıcı qurğularının və paylayıcı şəbəkələrinin və sistemlərinin yoxlanılması, təmizlənməsi, texniki baxışdan keçirilməsi və təmiri
  • Elektrik işıqlandırıcılarının və floresan lampalarının dəyişdirilməsi
  • Bütün işıqlanlandırıcı cihazların, projektorların, neon işarələrinin və qəza işıqlandırılma alətlərinin quraşdırılması, yoxlanılması, texniki baxışı və təmiri
  • Qəza halında istifadə edilən elektrik enerjisinin və adi enerji təminatı sistemlərinin texniki baxışı
  • Elektrik motorlara və nəzarət nöqtələrinə xidmət
  • Bütün elektrik avadanlıqların üzərində profilaktik işlərin aparılması
  • İşdə bütün SƏTƏMM norma və qaydalardan məlumatlı olmaq və onlara riayət etmək
  • İş yerinin və yerinə yetirdiyi tapşırıqlardan sonra ətrafın təmizlikdə saxlanılması
  • İş geyiminin təmiz saxlanılması
  • Fövqəladə hallarda yuxarıda təsvir edilən vəzifə borclarından kənar tələb edilən tapşırıqların yerinə yetirilməsi.

Əsas meyarlar:

  • Orta məktəb attestatı və ya onun ekvivalenti; elektrik mühəndisliyi üzrə diplomu olanlara üstünlük verilir
  • Etibarlılıq müddəti qüvvədə olan elektrik sertifikatı
  • Elektrik kimi ən azı 5 il iş təcrübəsi 
  • Elektrik sistemləri, naqillər və bütün zəruri avadanlıqlar haqqında geniş biliklərə sahib olmaq
  • Planları və texniki çertyojları oxumağı bacarmaq
  • Əl alətləri və elektrik alətləri ilə işləmə bacarığı
  • Dövlət tələbləri və şirkətin təhlükəsizlik qaydaları ilə tanış olmaq.

Aşağıda qeyd olunan meyarlara cavab verən namizədlərdən CV-lərini 16 iyul 2023-cü il saat 18.00-dək göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi