İşin təsviri
Əmək funksiyalarının təsviri: İnzibati nəzarət:
- PAŞA Malls-un Baş Ofisində bütün inzibati məsələlərə nəzarət etmək və idarə etmək;
- İnzibati heyətə, sürücülərə və mətbəx işçilərinə nəzarət etmək, səmərəli və effektiv performansı təmin etmək;
Mobil Rabitənin İdarəetməsi:
- İşçilərə yeni mobil nömrələrin verilməsi prosesinin həyata keçirilməsi;
- Şirkətin mobil istifadə siyasətinə uyğun olaraq mobil istifadə limitlərinə nəzarət etmək;
- Mobil rabitə xərcləri və istifadəsi ilə bağlı müntəzəm hesabatlar hazırlamaq və təqdim etmək;
Sürücü və avtomobillərin İdarə edilməsi:
- Verilən tapşırıqlar daxil olmaqla, sürücülərin fəaliyyətinə nəzarət etmək və hərəkətlərə nəzarət;
- Şirkət avtomobillərinin müntəzəm texniki baxışlarına və profilaktik baxımına nəzarət;
- Benzin kartlarının verilməsi prosesini idarə etmək və benzin kartı limitlərinə və istifadəsinə nəzarət;
Anbar idarəetməsi:
- Daxil olan malların qeydiyyatı, mütəmadi olaraq inventarların hesablanması və çıxan inventarların idarə edilməsi daxil olmaqla, Baş Ofisdə anbar əməliyyatlarına nəzarət;
- Ofis ləvazimatlarının səmərəli işləməsi üçün yaxşı saxlanmasını təmin etmək;
- Anbar fəaliyyəti ilə bağlı müvafiq hesabatların hazırlanması və təqdim edilməsi;
Tədbir zamanı dəstək:
Hesabat və razılaşmalar:
Əlavə Məsuliyyətlər:
Əsas meyarlar:
- Bakalavr dərəcəsi;
- Ofis idarəçiliyində iş təcrübəsi;
- Ofis idarəçiliyi prosedurları və mühasibatlıq prinsipləri ilə tanışlıq;
- Mükəmməl planlaşdırma ilə güclü inzibati bacarıqlar və detallara diqqət yetirməklə güclü təşkilatçılıq bacarıqları.
- Azərbaycan dilində səlis və ingilis dilində yaxşı bilik.
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları
- Detallara və dəqiqliyə yüksək diqqət.
- Əla MS Ofis biliyi
Şirkət haqqında:
- PAŞA Mall 2008-ci ildə açılan ilk ticarət mərkəzi ilə Azərbaycanın ən böyük ticarət mərkəzi operatorudur. Hazırda şirkət Bakıda 6 ticarət və əyləncə mərkəzini və Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə bir ticarət mərkəzini idarə edir.
- Qrupun portfelinə daxildir:
- Bakının yeganə lyuks ticarət mərkəzi – Port Baku Mall;
- Xəzər dənizinə açılan möhtəşəm terrası ilə şəhərin ən sevimli məkanları siyahısında birinci yerdə olan – Dəniz Mall;
- Ölkənin ilk ticarət mərkəzlərindən biri olan - 28 Mall;
- Ən böyük beynəlxalq və yerli brend məkanı olan - Gənclik Mall;
- Bakının mavi səmasına açılan geniş tavanlı yeganə ticarət mərkəzi - Amburan Mall;
- Şəhərdən kənarda yerləşən alış-veriş və əyləncə üçün sevimli məkan olan - Şüvəlan Park;
- Ölkənin ikinci böyük şəhəri olan Gəncənin ən dəbdəbəli və müasir ticarət mərkəzi olan - Gəncə Mall.
- Və alış-verişdə növbəti addım olan səkkizinci ticarət mərkəzimiz – Crescent Mall öz qapılarını qonaqlarımızın üzünə açıb.