İşin təsviri
                
                
                                
                Vəzifə və öhdəliklər:
	- Layihənin icrası üzrə işlərin həyata keçirilməsinin təşkili, əlaqələndirilməsi və müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və tələblərə əsasən layihənin idarə edilməsi;
 
	- Layihələrin vaxtında, əhatə dairəsi və nəzərdə tutulmuş büdcəyə müvafiq olaraq icra edilməsinin təmin olunması;
 
	- Layihə ilə əlaqəli sənədlərin hazırlanması və saxlanılması;
 
	- İnkişaf və layihə gedişatını izləmək üçün tədbirlər planının hazırlanması;
 
	- Hazırlanan hesabatlar ilə əlaqədar işin həcmini , maliyyə ehtiyacı və layihə sonu proyeksiya ehtimalları ilə layihənin hazırlanması zamanı ortaya çıxa bilən səhvləri müəyyən edərək lazımi tədbirlərin alınmasını təmin etmək;
 
	- Xarici ölkələrdə tərəfdaş təşkilatlar tərəfindən keçiriləcək beynəlxalq tədbirlərdə
 
	- iştirak edilməsi;
 
	- Tədbirlərin təşkil edilməsi və bu istiqamətdə xarici mütəxəssislərin iştirakının təşkili;
 
Namizədə tələblər:
	- AR vətəndaşlığı
 
	- 25-32 yaş
 
	- Minimal iş təcrübəsi – 1-3 il
 
	- Hərbi mükəlləfiyyət
 
	- Managment və Layihə rəhbəri sahəsi üzrə bilik
 
	- Ali təhsil
 
	- Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti
 
	- Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.
 
	- İş qrafiki – stabil  
 
	- Analitik və kreativ düşüncə tərzi;
 
	- Komanda şəklində işləmə bacarığı və effektiv ünsiyyət;
 
	- Nəticəyönümlülük və punktuallılıq;
 
	- Yüksək təşkilatçılıq və liderlik;
 
Əmək haqqı: 2500-3000 AZN.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Layihə rəhbəri” yazaraq göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.