Korporativ Satış Müdiri

İşin təsviri

Namizədə olan tələblər:   

  • Ali təhsil;  
  • Müvafiq sahə üzrə 5 ildən çox, rəhbər olaraq 3 ildən çox iş təcrübəsi olmalı;
  • İş üçün müvafiq kompüter proqramlarını bilməli (Word, Excel, Powerpoint,  1C);  
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri (yazılı və şifahi sərbəst ünsiyyət), İngilis dili (üstünlükdür); 
  • Şirkətin satış siyasətini idarə etmək, habelə korporativ satış sahəsində nəzəri və praktiki təcrübəsi olmalı;
  • Potensial müştərilər ilə əlaqə qurmaq və görüşlər keçirmək bacarığı olmalı;
  • Yerli bazarın tələbatlarından xəbərdar olmalı;
  • B, BC kateqoriyalı sürücülük vəsiqəsi;
  • Ezamiyyətlərə hazırlıqlı olmalı;  
  • Kollektivdə işləməyi və işçilər arasında yaranan problemləri həll etməyi bacarmalı.

Vəzifə öhdəlikləri:  

  • Bazarın təhlili, araşdırmaların və monitorinqlərin aparılması;
  • Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması; 
  • Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsinə nəzarət edilməsi; 
  • Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirilməsi; 
  • Gündəlik, həftəlik və aylıq satışın analizinin aparılması və hesabatın hazırlanıb rəhbərliyə təqdim edilməsi; 
  • Şirkətin satış həcminin artırılmasına dəstək olunması; 
  • Cəmiyyətin korporativ satış strategiyasının hazırlanması və icrasına nəzarət edilməsi; 
  • İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı həyata keçirilməsi; 
  • Mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirilməsi; 
  • Şöbənin əməkdaşlarının işinin təşkili və idarə edilməsi;
  • Əməkdaşlarının məlumatları sistemdə tam və düzgün qeyd etməsinə
    nəzarət edilməsi; 
  • Müştəri şikayətlərinin vaxtında həll olunması.

İş şərtlərimiz:

  • Əmək haqqı: 3000 AZN + Bonus;  
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30.   

Ünvan: Çinar Park      

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ Satış Müdiri” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən  namizədlərlə əlaqə saxlanılacaqdır.