Lizinq işçisi

  • Kredit Evi QSC
  • Elanın qoyulma tarixi: 07.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Yaş həddi: 22-35 yaş;
  • Ali təhsil (riyaziyyat,iqtisadiyyat və maliyyə  üzrə arzu olunandır);
  • Dil bilikləri:Azərbaycan dilini yaxşı səviyyədə;
  • Komputer bilikləri: Word və Excel yaxşı səviyyədə;
  • İş təcrübəsi: 1 ildən yuxarı (Bank,BOKT və lombard fəaliyyəti sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir);
  • Ünsiyyət və təqdim etmə bacarığı;
  • Kredit verilməsi haqqında praktiki və nəzəri biliklər.

Vəzifə öhdəlikləri:

  • Lizinq üzrə müraciətlərin qəbulu, kriteriyalara uyğunluğunun yoxlanılması və qaydalara müvafiq şəkildə lizinq üçün tələb olunan təhlillərin aparılması;
  • Lizinq risklərinin qiymətləndirilməsi və lizinq sənədlərinin hazırlanması;
  • Müştəri portfelinin yaradılması və izlənilməsi;
  • Rəhbərliyə qaydalarla müəyyən edilmiş dövriliklə və formada hesabatları tərtib və təqdim etməsi.

Bizim sizə təklifimiz:

  • Müasir idarəetmə sistemi və mehriban kollektiv;
  • Bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Gələcək karyeranızın qurulması üçün geniş şərait;

Əgər peşəkar “Kredit  Evi” komandasına üzv olmaq istəyirsinizsə şəkilli cvlərinizi (şəkilli CV mütləqdir) elektron ünvanına göndərə bilərsiz.

E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (“Lizinq işçisi”). 

Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.