İşin təsviri
Vəzifə öhdəlikləri:
- Şirkətdaxili strateji kommunikasiya planlarının qurulmasına dəstək;
- Sorğuların nəticələrinə əsasən tədbirlər planının hazırlanmasında iştirak edilməsi;
- Yeni qəbul olunmuş əməkdaşların adaptasiya prosesinin həyata keçirilməsinə dəstək göstərilməsi;
- İşçi bağlılığının artırılması istiqamətində təkliflərin hazırlanması;
- Tədbirlərin təşkilində iştirak edilməsi;
- İşəgötürən brendinin yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi.
Tələblər:
- Ali təhsil (Sosial elmlər üzrə olması arzuolunandır)
- Müvafiq sahədə 2-3 il təcrübə
- Yüksək səviyyədə azərbaycan dili bilikləri (şifahi və yazılı), yaxşı səviyyədə rus və ingilis dili biliyi;
- Yüksək səviyyədə kommunikasiya qurmaq bacarıqları;
- Təşkilatçılıq və idarəetmə bacarıqları;
- Qeyri iş saatlarında tədbirlərin təşkil edilməsi və Regionlara səfər etmə imkanı.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.