Texniki hesabatlar üzrə mütəxəssis

  • SR Construction
  • Elanın qoyulma tarixi: 05.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan bilik və bacarıqlar:

  • Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını;
  • Tikintidə layihə-smeta işlərinin təşkili üzrə, müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərin və digər istinad edilən, rəhbər tutulan metodiki normativ sənədləri;
  • Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;
  • Layihə və tikinti-iqtisadi hesablamaların aparılması metodlarını;
  • Layihələşdirmə və tikinti işində qabaqcıl təcrübəni;
  • İT vasitəsi ilə sənədləri emal etmək imkanları: cədvəllər, modelləşdirmə, məlumat bazası;
  • Kompyuter Bilikləri: MS Office proqramlarında və 1C proqramında (7.7/8.3) sərbəst istifadə bacarığı;
  • ISO standartları və milli standartlara uyğun keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılması;
  • Riyazi biliklərə mailk olmaq və iş prosesində tətbiq etmək;
  • Tikintinin inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid yuxarı təşkilatların qərar, sərəncam və göstərişlərini, metodiki normativ və digər rəhbər materialları; 
  • Layihələşdirmənin metodlarını; 
  • Layihə işlərinin təşkili və planlaşdırılmasını;
  • Layihə proseslərini və nəticələri qiymətləndirmək və dəyərləndirmək;
  • İşlənib hazırlanmış layihələrə qoyulmuş texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər tələbləri; şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsində məhəlli və yerli təbii, iqtisadi, sosial və digər şərtləri;
  • Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini;
  • Binaların planlaşdırılması və binalarda ictimai təhlükəsizlik barədə müvafiq qayda və normalar;
  • Müvafiq sahədə peşəkar meylləri və inkişafı izləmək və özünü-tədris sahəsində yeniliklərdən xəbərdar olmaq;
  • Rəhbər şəxsləri və icraçıları əlaqələndirməklə əməkdaşlıq etmək;
  • Müəssisədaxili və müəssisələrarası ünsiyyət;
  • Peşə sağlamlığı və təhlükəsizliklə bağlı müvafiq qayda və normalar;
  • Əməyin, istehsalat və idarəetmənin təşkilini;
  • Əmək qanunvericiliyinin əsaslarını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını;
  • Tikinti və istehsal, həmçinin təftiş və nəzarət sahəsində yeni metodları öyrənməyə meyl göstərmək.

  Vəzifə öhdəlikləri:

  • Layihə üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında layihənin bütün mərhələlərinin detallı şəkildə smetasını tərtib edilməsi;
  • Müəyyən edilmiş vaxt ərzində layihənin təhvil verilməsi planını, iş qrafiklərini və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsi;
  • Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
  • Obyektlərin inşası üçün texniki sənədləşmənin əldə edilməsində iştirak edilməsi, obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması, layihələndirmə üçün tapşırıqların tərtib edilməsi;
  • Cari layihələndirmə üçün əmək üzrə limitlərin paylaşdırılmasının hazırlanması;
  • Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklərin edilməsi;
  • Layihə-smeta sənədlərini lahiyə təşkilatları ilə razılaşdırmaya hazırlanması;
  • Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi;
  • Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması, layihə-axtarış işləri üzrə tapşırıqların icrası haqqında aylıq, illik hesabatların tərtib edilməsi;
  • Yerinə yetirilmiş işlər haqqında elmi-texniki hesabatın bölmələrini tərtib edir. Layihələşdirmə və tikintidə olan qabaqcıl təcrübəni öyrənir;
  • Ərazinin müntəzəm monitorinqini aparmaq və məsələlər ilə bağlı aidiyyatı mütəxəssislərlə məsləhətləşmək;
  • Texniki xüsusiyyətlərin qeyd olunanlara uyğun olması üçün layihə menecerləri, sahə rəisləri və texniki nəzarətçilərlə koordinasiya etmək;
  • Tamamlanmış tikilini yoxlamaq və nəticələri təhlil etmək, dizayn və avadanlığın texniki şərtlərinə, habelə razılaşdırılmış keyfiyyət, istismar və təhlükəsizlik standartlarına uyğunluğunu müəyyən etmək;
  • Tikinti işlərinin nəticələrini qiymətləndirmək, hesabat vermək, həmçinin maliyyə məsələləri, xammal və enerji resursları və itkilərin hesablanmasında iştirak etmək;
  • Tikinti materiallarının dəyərinin təhlili;
  • Xərclərin smetaya uyğun maddələr üzrə işlənməsi;
  • Tikinti materiallarının məsrəflərinə dair texniki hesabatların hazırlanması;
  • Layihədə baş vermiş dəyişikliyə görə smetada müvafiq dəyişikliklərin edilməsi;
  • Smetada nəzərdə tutulmuş material növlərinin dəyişdirilməsinin smetaya təsirlərinin hesablanması və uyğun dəyişiklərin edilməsi;
  • İş həcmlərinin yerinə yetirilməsi haqqında hesabatların hazırlanması (Forma2) və müvafiq hesabatın hazırlanmasına nəzarət etmək;

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Əlaqə mərkəzinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.

SR Construction tərəfindən digər vakansiyalar