Planlama üzrə mütəxəssis

  • AzerFloat
  • Elanın qoyulma tarixi: 05.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azerfloat komandası olaraq biz sizə vəd edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
  • Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;

Vəzifə və Öhdəlikləri:  

  • İstehsal olunan məhsulun, xammalın, məhsul itkilərinin və ya zay məhsul ilə bağlı məlumatların toplanması, istehsal və satış üzrə hesabatların tərtib edilməsi, istehsal və satış fəaliyyətinin planlanmasının təmin edilməsi;
  • İstifadə edilmiş xammalın və istehsal olunmuş məhsulun həcmi, növü və keyfiyyəti, eyni zamanda anbarda mövcud olan malların həcmi, növü, qablaşdırılması və satışı üzrə məlumatların müvafiq bölmələrdən qəbul edilməsi;
  • Zay məhsul və bloklanmış, keyfiyyət markası dəyişdirilmiş məhsullar haqqında məlumatların əldə edilməsi;
  • Əldə edilmiş məlumatların ümumiləşdirilməsi və təhlil edilməsi və planlaşdırılması;
  • İstehsal edilmiş malın həcmi, növü və keyfiyyəti üzrə hesabatların tərtib edilməsi;
  • Satış üzrə qablaşdırılmış və yüklənilmiş malların növü, sayı, eləcə də yüklənilmiş nəqliyyat vasitələrinin növü və satışa çıxarılacaq məhsul haqqında məlumatların alınması və hesabatların tərtib edilməsi;
  • İstehsal və satış fəaliyyətinin planlanmasının təmin edilməsi;
  • Gündəlik istehsalata aid iclarda iştirak etmək, qəbul edilmiş qərarların yazılı qeydlərini apararaq birbaşa rəhbərləri məlumatlandırmaq

Namizəd üçün tələblər:

  • Texniki sahə üzrə ali təhsil 
  • Sahə üzrə 1-3 il iş təcrübəsi
  • Microsoft Office; SAP bilmək üstünlükdür;
  • Azərbaycan dili - əla səviyyədə, İngilis və Rus dilləri arzuolunandır
  • Məsuliyyət və dəqiqlik; 
  • Analiz etmə qabiliyyəti;
  • Detallara diqqətlilik;
  • Zamanlama və planlama bacarığı;
  • Tənqidi düşüncə və qərar qəbul etmə bacarığı

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş həftəsi 08:00-17:00
  • İş yeri: Sumqayıt Kimya Sənaye parkı
  • Nahar ilə təmin olunur;
  • Tibbi sığorta;
  • 20 Yanvar metro stansiyasından servis;
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Mövzü yerinə “Planlama üzrə mütəxəssis” yazıb elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.