İşin təsviri
                
                
                                
                Vəzifəyə aid qoyulan tələblər:
	- Təhsil: Texniki-Ali təhsil;
 
	- Təcrübə: 2 illik iş təcrübəsi;
 
	- Yaş: 25-35 ;
 
	- MS Office proqramlarını mükəmməl bilməli;
 
	- Azərbaycan və rus dilləri səlis, ingilis dili yaxşı; 
 
Tələblər:
	- Şəbəkə avadanlıqları və lokal şəbəkə sistemləri üzrə biliklərin olması;
 
	- İnternet və kompüter texnologiyaları üzrə biliklərin olması;
 
	- Şirkətin təqdim etdiyi məhsul və xidmətlərin və fəaliyyət sahələri üzrə ümumi biliklər (texniki biliyi olan namizədələrə üstünlük verilir);
 
	- Sistemlərdə tətbiq ediləcək marka/modellər haqqında biliklərin olması;
 
	- Avadanlıqları müqayisə etmək bacarığı;
 
	- Təqdimatlar və digər reklam xarakterli məhsulların hazırlanmasında istifadə olunan proqram təminatı sahəsində baza bilikləri; 
 
Öhdəliklər: 
	- Müxtəlif təqdimatların keçirilməsi; 
 
	- Gələn sorğuların operativ analizi və yaranmış sualların düzgün formalaşdırılması;
 
	- Müştərilərlə yüksək ünsiyyət qurma və görüşlərin keçirilmə bacarığının olması; 
 
	- Seçimlərə və məbləğə müvafiq olaraq avadanlıqların axtarılması;
 
	- Sistem üzrə istifadə ediləcək avadanlıqlara məxsus siyahının tərtibi;
 
	- Məhsul və xidmətlərin vaxtında və keyfiyyətlə təqdim edilməsi üçün şirkətin digər struktur bölmələri ilə işin ələqələndirilməsi; 
 
	- Müvafiq işin nəticələrini əks etdirən hesabat və digər analitik materialların hazır edilməsi;
 
Şəxsi keyfiyyətlər:
	- Düzgün şifahi nitq qabiliyyəti və ünsiyyət qurma bacarığı;
 
	- İşgüzar etiket haqqında məlumatlı olması;
 
	- Məsuliyyətli və təşəbbüskar olmalı;
 
	- Diqqətli və punktual olmalı;
 
	- Stresə davamlılıq və analitik fikirləşmə qabiliyyəti. 
 
	- Kollektivlə işləyə bilməli;
 
	- Qətiyyətli və müstəqil qərar qəbul etmə bacarığına malik olmalı;
 
	- Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
 
	- Tapşırıqları operativ icra etmə qabiliyyəti;                                                                                                      
 
Əlavə məlumatlar:
	- Əmək haqqı: Razılaşma yolu ilə;
 
	- İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00
 
	- Korporativ nömrə və danışıq balansı
 
	- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
 
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Layihə üzrə mütəxəssis” sözünü qeyd edərək e-ünvanına göndərsinlər.