Aparıcı elektrik mühəndisi

  • PMD Projects LLC
  • Elanın qoyulma tarixi: 03.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, elektrik sistemlərin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
  • Layihələndirmədə elektrik sistemlərin məlumatlarını, estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək;
  • Layihələndirmədə elektrik sistemlərin məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
  • Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndrimə prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək;
  • Layihələndirmə müddətlərinin elektrik hissəsinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq;
  • Layihənin tender prosesinə texniki dəstək vermək, elektrik sistemlərinin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
  • İstehsalatın elektrik sistemlərinin sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək;
  • Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
  • Layihələndirmədə elektrik sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək.

Tələblər:

  • Ali təhsil: Elektrik mühəndisliyi üzrə ali təhsil;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə sifarişçi olaraq azı 2 il işləməklə minimum 5 il (tikinti və ofis) iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili – yaxşı;
  • Kompüter bilikləri: MS Office, AutoCAD;
  • Tikinti normativ sənədləri barədə biliklər: AzDTN, EN, SNIP, IEC, BS, NFPA;
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı
  • Daimi və qısa müddətli ezamiyyətlərə açıq olmaq