Ekvayrinq və riskli əməliyyatların monitorinqi üzrə mütəxəssis

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Etiraz ərizələri (Chargebacks) ilə iş: baxılması, təhlili, növbəti addımların müəyyən edilməsi;
  • Etiraz ərizlərinin Visa və Mastercard sistemlərində qeydiyyata alınması (VROL, Mastercom);
  • Banka qarşı sürülən etiraz ərizələrinin izlənməsi, cavablandırılması və sonrakı nəzarət;
  • Banka qarşı sürülən etiraz ərizələri üzrə sənədlərin toplanması, araşdırılması və müvafiq qərarın qəbul edilməsi;
  • Etiraz ərizələri üzrə tələb olunan hesabatlığın tərtib olunması;
  • Elektron ticarətdə yarana biləcək risklərin təhlili;
  • Bankın kartları ilə aparılan əməliyyatların mütəmadi təhlili və potensial risklərin müəyyən edilməsi;
  • Bankın ekvayrinq şəbəkəsində aparılan əməliyyatların təhlili və potensial risklərin müəyyən edilməsi.

Namizədə qarşı tələblər:

  • Ali iqtisadi təhsil;
  • Bank kartları sahəsində minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
  • Etiraz əməliyyatları (Chargebacks) haqqında biliklər və bu əməliyyatların aparılması bacarıqları;
  • Etiraz əməliyyatlarına dair Ödəniş Sistemlərinin qaydaları haqqında biliklər;
  • Risklərin və “fraud” hallarının müəyyən edilməsi məqsədilə kartlar ilə aparılan əməliyyatları təhlil etmə qabiliyyəti;
  • Ödəniş Sistemləri və prosesinq şirkətinin nümayəndələri ilə danşıqların aparılması təcrübəsi;    
  • Komandada işləmək və digər struktur bölmələr ilə əlaqələr qurmaq bacarıqları;
  • Diqqətlilik, məsuliyyət və məqsədyönlülük.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 07 iyul 2023-cü il tarixinədək email-in mövzu hissəsində Ekvayrinq və riskli əməliyyatların monitorinqi üzrə mütəxəssis qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi