Bəyannamələr üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Elektron poçtla gömrük bəyannamələrinin vaxtında doldurulması və elektron imza ilə təsdiqlənməsi. 
  • Xüsusi gömrük rüsum və vergilərin hesablanması, idxal giriş bəyannaməsinin hazırlanması, yük gömrük bəyannaməsinin doldurulması üçün zəruri olan sənədlərin logistika komandasından, maliyyə sənədlərinin maliyyə komandasından alınması 
  • Yükləri HS koduna görə qruplaşdırılması, digər dövlət idarələrindən idxal üçün tələblərin yoxlanılması. 
  • Bəyannamələrdəki xərclərin (əməliyyat haqqı, idxal, ƏDV, aksiz, elektron xidmət haqqları və sair) diqqətlə yoxlanılması və dəqiq sistemə əlavə edilməsi.

Namizədə dair tələblər:

  • Ali təhsil
  • 1 ildən 3 ilə qədər bəyannaməçi kimi iş təcrübəsi
  • MS Ofis proqramlarında işləmək bacarığı
  • Gömrük haqqında biliklərə sahib olmaq
  • Gərgin iş rejimində işləmək bacarığı 
  • Ehtiyac olduğu halda qeyri-iş saatlarında iş prosesinə dəstək olmaq
  • Rus və ingilis dilləri üzrə biliklərə sahib olmaq üstünlük təşkil edir.

Maraqlanan namizədlər email ünvanına “Bəyannamələr üzrə mütəxəssis” başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.