Qazanxana və Kompressor Mütəxəssisi

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 25.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Soyuducu və ya isidici qurğular, Mexanika mühəndisliyi sahəsində Ali təhsil
  • Qazanxana və Kompressor istilik sistemləri sahəsində ən azı 1-2 il iş təcrübəsi ;
  • Dövlət standartları, sahə üzrə texniki-normativ sənəd və metodikalarını bilməli,
  • Fabrika su təsərrüfatı, yumşaq su hazırlama, təzyiqli hava, soyutma-isitmə sistemini və istehsal olan məhsulların xüsusiyyyətlərini, soyutma və isitmə texnologiya reglamentini bilməli,
  • Qazanxana və kompressor sahə avadanlıq və təchizatların texnologiya layihəsinə uyğun montajı, demontajı və yer dəyişdirilməsi qaydalarını bilməli,
  • Qazanxana və kompressor sahə avadanlıq, təchizat və ehtiyat hissələri konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydalarını bilməli,
  • Prosesin nəzarət və kritik nəzarət nöqtələrini, nəzarət metodlarını, proses parametrlərini təsbit etməyi bilməli,
  • Prosesdəki uyğunsuzluqların texniki səbəblərini, lazımı tədbirləri almağı və uyğunsuzluqları aradan qaldırmağı bilməli,
  • Yağ sənayesi və yağların xüsusiyyətlərini bilməli;

İş haqqında məlumat: 

  • Sahələrə bağlı yeni qurğuların qurulması və ya prosesdəki dəyişikliklərdə avadanlıq və təhcizatlatların layihələndirilməsi, yerləşdirilməsi, montaj və demontajı, formların, prosedur, iş təlimatlarının hazırlanmasında iştirak etmək və tətbiqləri yoxlamaq,
  • Avadanlıq və təchizatların istehsal layihələrinin çəkilməsindən iştirak etmək və layihəyə uyğun avadanlığın qurulmasını, montajını etmək,
  • Bütün maşınların siyahısını çıxardaraq, əskik olan maşınların texniki kataloqlarını və ehtiyat hissələri siyahılarını təmin etməklə arxivlənməsini təmin etmək,
  • Prosesdəki bütün avadanlıq, maşınların təlimatlara uyğun düzgün işlədilməsinə, test edilməsinə nəzarət etmək və təmir-baxım planlarını hazırlayaraq, BOYS proqramı üzərindən tətbiqləri təşkil etmək,
  • İşin gedişatını araşdıraraq, araşdırmalar etmək, yenilikçi və iqtisadi yönlü olub, səmərəli və etibarlı işlərin qurulmasını, minimum itki ilə yüksək keyfiyyətdə məhsul istehsalı üçün texniki təkliflər və fəaliyyətlərdə iştirak etmək,
  • İstehsal planına görə istehsalın ən məhsuldar şəkildə və istənilən miqdarda prosedurlara uyğun reallaşdırılması üçün kadrosundaki texniki personalları təlimatlandırmaq, istiqamətləndirmək və işlərin icrasını nəzarət altında saxlamaq,
  • Aparılan təmir və baxımlara nəzarət və analiz edib, təmir sayını azaldacaq qabaqlayıcı baxım planları üçün təkliflər vermək.

İş Qrafiki: Həftə içi 5 gün 

İş Yeri: Sumqayıt şəhəri

 

İşəgötürənin reytinqi